Pensiyanı səhv hesablayıblar Siz də yoxlayın
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Vətəndaş Şahbaz Alnağıyev pensiyasının düzgün hesablanmadığını iddia edir.
Milli.Az xəbər verir ki, 27 il əmək stajı olan vətəndaş pensiyaya 50 faizlə çıxarıldığını bildirir. Hazırda onun tək istəyi pensiyasının yenidən hesablanmasıdır.
Şikayətçinin sözlərinə görə, aldığı 383 manatın nə özünə, nə də ailəsinə çatmır.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik.
Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 2025-ci ilin yanvarın 1-dən vətəndaşın pensiyası 414 manat təşkil edir. Keçmiş dövr üzrə hər ay 363 manat pensiyanın üzərinə əlavə edilməklə ona hər ay 778 manat ödəniş olunur.
Aysel Əkbər
Milli.Az
Baxış sayı:122
Bu xəbər 12 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















