Pentaqon ABŞ da silah və sursat istehsalının sürətləndirilməsini tələb edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Pentaqon hərbi şirkətlərdən ABŞ ordusuna silah və sursat istehsalını və tədarükünü sürətləndirməyi tələb edib.
APA xəbər verir ki, bu barədə “The Washington Post” məlumat verib.
Məlumata görə, Pentaqon rəhbərinin müavini Stiven Faynberq hərbi podratçılara silah tədarükünün əhəmiyyətli dərəcədə artırılması ilə bağlı planlarını təqdim etmək üçün 21 gün vaxt verib.
Faynberq bildirib ki, illərlə davam edən istehsal dövrləri artıq Pentaqon üçün qəbuledilməzdir. Təcili tədarük tələb olunan sistemlər arasında yeni nəsil NGI raket əleyhinə müdafiə sistemi, NASAMS zenit-raket kompleksləri, mobil hava hücumundan müdafiə radarları və raketlərin kosmosdan izlənməsi sistemi də var.
Qeyd olunur ki, bu addım əsasən İranla münaqişə nəticəsində yaranan sursat çatışmazlığı fonunda atılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 09 Avqust 2026 03:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















