Pentaqon Maduronu süni intellektin köməyilə ələ keçirib
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
ABŞ Silahlı Qüvvələrinin Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında Claude adlı süni intellekt proqramından istifadə etdiyi bildirilir.
Lent.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Anthropic şirkətinə məxsus Claude süni intellekt modeli ABŞ hərbçilərinin Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyatında istifadə olunub. Bu isə Pentaqonda süni intellekt modellərinin getdikcə daha geniş tətbiq edildiyini göstərir.
Qeyd olunur ki, Anthropic tərəfindən müəyyən edilmiş qaydalara əsasən, Claude modelinin “zorakılığa yardım etmək, silah hazırlamaq və ya izləmə aparmaq” məqsədilə istifadəsi qadağandır. Buna baxmayaraq modelin prezident və onun həyat yoldaşının ələ keçirilməsi ilə bağlı missiyada istifadə edildiyi, əməliyyatın Karakasdakı bir neçə obyektin bombardmanını əhatə etdiyi vurğulanır.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtı Karakasa və şəhər ətrafındakı hərbi obyektlərə bir sıra zərbələr endirib. Bundan sonra Ağ Ev rəhbəri Cənubi Amerika respublikasının lideri Nikolas Maduronun ələ keçirildiyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 14 Fevral 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















