Pentaqon raket ehtiyatını yeniləmək üçün Konqresdən 18 milyard dollar istəyir
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) ələkeçirici raket ehtiyatlarının yenilənməsinə 18.2 milyard dollar ayrılması üçün Konqresə sorğu ünvanlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.
Məlumata əsasən, qeyd olunan rəqəm daha öncə göndərilmiş 67 milyard dollarlıq əlavə vəsait tələbinin bir hissəsidir.
Agentlik vurğulayır ki, Pentaqon 18.2 milyard dolları hərbi rəsmilər və qanunvericilər tərəfindən kritik dərəcədə azaldığı bildirilən sursatların alınmasına xərcləməyi düşünür. Həmin məbləğin təxminən 5.75 milyard dollarının THAAD raket əleyhinə müdafiə sistemləri, 5.57 milyard dollarının "Patriot" kompleksləri, 1.9 milyard dollarının isə "SM-6" raketləri üçün ayrılması nəzərdə tutulur.
Bundan əlavə, Pentaqon İrana qarşı hərbi əməliyyat zamanı ilk dəfə istifadə edilmiş "Tomahawk" qanadlı raketlərini və "Precision Strike Missile" qısamənzilli ballistik raketlərini də almaq niyyətindədir.
"The New York Times" qəzetinin özəl mənbələrinə istinadən yaydığı xəbərə görə, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn xəbərdarlıq edib ki, Mərkəzi Komandanlıq İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edə bilər, lakin bu ssenaridə ələkeçirici raketlərin ehtiyatı təhlükəli dərəcədə azalacaq. Prezident Donald Tramp isə bu iddiaları təkzib edərək, ABŞ ordusunun ehtiyac duyulduğundan qat-qat çox hərbi sursata malik olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 01 Avqust 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















