Icma.az
close
up
RU
Pentaqon rəhbəri və yüksəkvəzifəli şəxslər məhkəməyə verildilər: Qrup çatındakı söhbətlərinə görə

Pentaqon rəhbəri və yüksəkvəzifəli şəxslər məhkəməyə verildilər: Qrup çatındakı söhbətlərinə görə

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin "American Oversight" insan haqları təşkilatı ölkənin müdafiə naziri Pit Heqset, milli kəşfiyyatın direktoru Tulsi Qabbard və daha üç nəfərə qarşı Kolumbiya dairəsinin federal məhkəməsində iddia qaldırıb.

Buna səbəb onların Yəmən husilərinə qarşı hərbi əməliyyatları müzakirə etmək üçün "Signal" mesencerindən istifadə etmələri olub.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, iddianın mətni təşkilatın saytında yerləşdirilib.

"American Oversight"ın icraçı direktoru Çioma Çukvu məhkəmə iddiası ilə bağlı şərh verib.

"Konfidensial hərbi məlumatların jurnalistin iştirak etdiyi "Signal"ın qrup çatında açıqlanmasına dair xəbərlər hökumət üçün həyəcan siqnalıdır və potensial olaraq cinayət kimi qiymətləndirilə bilər. Emojilərlə dolu, silinə bilən qrup çatları döyüş əməliyyatlarının planlaşdırılması yeri deyil", - deyə Çioma Çukvu bildirib.

Heqset və Qabbarddan başqa, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, ABŞ-nin maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio, həmçinin Milli Arxivlər və Sənədlər İdarəsi (NARA) də iddiada cavabdeh qismində göstərilib.

Sənəddə bildirilib ki, yuxarıda adı çəkilən şəxslərin və NARA nümayəndələrinin hərəkətləri hökumət məlumatlarının və fərdi qeydlərin mühafizəsini təmin edən ABŞ qanunlarını pozur. Qeyd olunub ki, Yəməndəki əməliyyatın müzakirə edildiyi "Signal" çatı müəyyən müddətdən sonra mesajları avtomatik silmək üçün konfiqurasiya edilib.

İddiaçıların sözlərinə görə, bu və ya digər məsələlərin müzakirəsi üçün mesencerlərdən istifadə edildiyi zaman dövlət qulluqçuları mesajların surətini çıxarmalı və rəsmi informasiya sisteminə ötürməlidirlər. "American Oversight"ın nümayəndələri məhv edilmiş qeydlərin bərpasına və gələcəkdə onların iddiada adı çəkilən şəxslər tərəfindən qorunub saxlanmasına nail olmaq niyyətindədirlər.

"Bizim iddiamız hökumət sənədlərinin saxlanmasının və bərpasının təmin edilməsinə yönəlib. ABŞ xalqı cavablara layiqdir və biz onları əldə edənə qədər dayanmayacağıq", - deyə Çioma Çukvu əlavə edib.

Qeyd edək ki, martın 24-də "The Atlantic" jurnalının baş redaktoru Cefri Qoldberq bununla bağlı məqalə dərc edib. O, məqalədə bildirib ki, martın 11-də Mayk Uolts (ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri) ləqəbli istifadəçidən "Signal" mesencerinə qoşulmaq üçün sorğu alıb. İki gün sonra jurnalist qrup çatına qoşulması ilə bağlı bildiriş alıb, hansı ki, orada ABŞ administrasiyasının üzvləri Yəmənə zərbələri müzakirə ediblər.

Jurnalistin sözlərinə görə, martın 15-də Pit Heqset (Pentaqon rəhbəri) adlı istifadəçi Yəməndə "Ənsar Allah" üsyançı hərəkatının husilərinə qarşı planlaşdırılan zərbələrin təfərrüatını, o cümlədən hədəflər, silahlar, həmçinin zərbələrin gözlənilən başlama vaxtlarını özündə əks etdirən mesaj dərc edib. Qoldberqin sözlərinə görə, bu, bombalanma ilə bağlı sosial şəbəkələrdə ilk paylaşımların vaxtı ilə üst-üstə düşüb.

ABŞ Prezidenti Donald Tramp isə sözügedən qrupda məxfi məlumatların dərc olunmadığını bəyan edib. O qeyd edib ki, məlumatların sızdırılması qalmaqalına baxmayaraq, özünün milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandasının bütün üzvlərinə, o cümlədən Uoltsa etibarını qoruyur. Uolts, öz növbəsində, bildirib ki, Qoldberqin niyə qapalı qrupa daxil edildiyini bilmir, baxmayaraq ki, sonradan hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Mart 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri