Pentaqon rəhbərinin 2028 ci il prezident seçkisində iştirakı iddia olunur
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pentaqon rəhbəri Pit Heqset yaxın dostları və tərəfdaşları ilə söhbəti zamanı 2028-ci ildə ABŞ-də keçiriləcək prezident seçkisində iştirak edə biləcəyini istisna etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrinə istinadən məlumat yayıb. Pit Heqsetin özü isə telekanalın yaydığı bu məlumatı yalan adlandırıb.
Mənbələrin bildirdiyinə görə, müdafiə naziri və həyat yoldaşı Cennifer son bir neçə ay ərzində prezidentlik yarışına qatılmaq ehtimalını müzakirə edirlər. Onlar hesab edirlər ki, Heqset də Donald Trampa MAGA ("Amerikanı yenidən əzəmətli edək") hərəkatının tərəfdarları arasında populyarlıq qazandıran eyni xüsusiyyətlərə malikdir. Bu keyfiyyətlər sırasına qətiyyətli mühafizəkar mövqe və kəskin ritorika daxildir.
"NBC News"in məqaləsi dərc olunduqdan sonra Pentaqonun mətbuat katibi Şon Parnell təkziblə çıxış edib. Daha sonra Pit Heqset "X" sosial şəbəkəsində paylaşım edərək telekanalın məlumatının tamamilə yalan olduğunu vurğulayıb. O əlavə edib ki, hazırda "yeganə məqsədi hərbi idarəni yenidən əzəmətli etməkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 29 Avqust 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















