“Barselona” ilə oyuna görə metroda iş saatı uzadılacaq
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Məlumata görə, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq, stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.
Həmçinin qarşılaşmadan sonra qatarların hərəkəti “Koroğlu” stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək.
Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.
Qeyd olunub ki, Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi dəyişdirilməyəcək.
Baxış sayı:109
Bu xəbər 24 Noyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















