Pentaqon transgenderlərin hərbi xidməti ilə bağlı qaydaları dəyişdi
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Müdafiə Nazirliyi transgenderlərin ixtisar olunmalarına qarşı çıxmaq və xidmətlərinə davam etmək imkanlarını məhdudlaşdıran yeni qaydaları təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" Pentaqonun daxili sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, yeni qaydalar ABŞ ordusundan ixtisar olunan xüsusi yoxlama komissiyalara şamil edilir.
Əvvəllər komissiyalar xidmət edən hərbi qulluqçuların xeyrinə qərar verərək, xidmətə davam etmələrinə icazə verə bilərdilər. İndi hərbi komandanlıq bu qərarları ləğv etmək hüququna sahib olacaq.
Bundan əlavə, transgender hərbçilərin komissiya iclaslarına doğulduqları cinsiyyətə uyğun geyimdə gəlmələri tələb olunur. Bu tələb yerinə yetirilməsə, iclaslar şəxsin iştirakı olmadan keçiriləcək.
Baxış sayı:100
Bu xəbər 01 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















