Pepe Kloppu “Barselona” azarkeşinə çevirib MARAQLI ETİRAF
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp İspaniya La Liqasında keçiriləcək “Barselona” - “Real” qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssis əvvəllər Kataloniya klubuna azarkeşlik etməsinin səbəbini açıqlayıb.
“Barselona” - “Real” matçını izləyəcəyəm. Həyatımın bütün dövrlərində bu qarşılaşmaya baxmışam. İzləməkdən böyük zövq aldığım oyundur.
Hazırda daha yaxşı olan komandanı dəstəkləyirəm. İndiki vəziyyətə baxsaq, bu, yəqin ki, “Barselona”dır.
Əvvəllər “Barselona”ya daha çox azarkeşlik edirdim. Çünki Pepe və digər müdafiəçilərin qarşılarına çıxan hər kəsə qarşı sərt müdaxilələr etməsinə nifrət edirdim. “Barselona”nı daha çox dəstəkləməyimin yeganə səbəbi bu idi”, – deyə Klopp bildirib.
Qeyd edək ki, “Barselona” – “Real” qarşılaşması oktyabrın 25-də, Bakı vaxtı ilə 23:00-da başlayacaq. La Liqanın X turuna təsadüf edən görüş “Spotify Kamp Nou” stadionunda keçiriləcək.
Türkiyənin 4 nəhəng klubu cərimələnib Günün oyunları bu kanallarda - TV AFİŞA Muslera komandasını finala çıxardı – 3 penalti dəf etdi - VİDEO Sergen Yalçının Türkiyə millisindəki məşqçilər korpusu bəlli olub “Arsenal”da ciddi itki
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 23 Oktyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















