Icma.az
close
up
RU
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə vaxtı körpələrin üzünün hisini silirdim

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə vaxtı körpələrin üzünün hisini silirdim

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS report-a istinadən xəbər verri ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Əhmədli ifadə verib. 

O deyib ki, rəhbəri olduğu şöbədə iki bölmə olub:

"Mən işlədiyim dövrdə Fövqəladə Hallar Nazirliyindən hər hansı bir yoxlama gəlməmişdi. Tibbi avadanlıqlara görə məsuliyyət daşımırdım. Mənə tibbi panellərin üzərində elektrik yuvalarının qapaqlarının olmaması barədə məlumat verilmişdi. Lakin buna görə mən məsuliyyət daşımırdım. Yanğın təhlükəsizliyinə görə yalnız mən yox, hər şöbə və bölmə rəhbəri cavabdeh idi. Elektrik Asif Dadaşova tibbi panellərin üzərindəki elektrik yuvalarının olmaması barədə məlumat vermişdim. Asif demişdi ki, bu panellər köhnədir, heç yerdə tapılmır". 

Prosesdə zərərçəkənin hüquqi varisi qismində tanınmış, hadisədən bir neçə gün sonra vəfat edən körpənin atası Emil Abbasəliyev ifadə verərək bildiriv ki, əvvəlcə həyat yoldaşını özəl klinikaya yerləşdirmək istəyib:

"Bizi Perinatal Mərkəzə yönləndirdilər. Orada dedilər ki, doğum risklidir. Razılıq verəndən sonra yoldaşımı əməliyyat etdilər. Sonra iki gün uşağın orada qalacağını bildirdilər. Mən körpəni Perinatal Mərkəzdən çıxartmaq istəyəndə, onlar körpənin qanında şəkərin aşağı düşdüyünü demişdilər. Hər üç təqsirləndirilən şəxsi məhkəmə başlayana kimi tanımamışam, Mehriban xanımı hadisə vaxtı Perinatal Mərkəzdə görmüşdüm, lakin kim olduğunu bilmirdim. Bu işdə təqsiri olanlara qanun daxilində ağır cəza verilməsini xahiş edirəm".

Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün körpəni Yeni klinikaya göndərmək istəyiblər:

"Mehriban Abasquliyeva demişdi ki, bu uşaq normaldır. Ona görə də, Yeni klinikaya başqa körpə göndərdilər. Mənim uşağımı isə "Semaşko" xəstəxanasına göndərdilər. Bu sözləri Mehriban xanımın özündən eşitmişdim. O, hadisə vaxtı oradaydı, lakin, həmin vaxt onun direktor olduğunu bilmirdim, elə bilirdim ki, həkimdir. Mən də hadisə vaxtı mərkəzdəydim, körpələrin üzünün hisini silirdim".

Məhkəmənin növbəti iclası aprelin 14-nə təyin olunub. 

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Mart 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri