Icma.az
close
up
RU
Perinatal Mərkəzdə yanğında təqsirləndirilən şöbə müdiri: İmicimə ciddi zərbə vurub

Perinatal Mərkəzdə yanğında təqsirləndirilən şöbə müdiri: İmicimə ciddi zərbə vurub

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə mərkəzin sabiq direktoru Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

Daha sonra təqsirləndirilən Hamlet Mustafayev ifadə verib.

O bildirib ki, Perinatal Mərkəz təsis olunduğu vaxt Anesteziologiya-reanimasiya və intensiv terapiya, eləcə də Yeni doğulmuşların terapiyası şöbəsi ayrı-ayrı şöbələr olub:

"Perinatal Mərkəz İcbari Tibbi sığortaya keçəndən sonra yeni işçilər gəldi və bir çox şöbələr birləşdirildi. Lakin Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi ilə yeni doğulmuşların terapiyası şöbəsi birləşdirilmədi. Bölmənin işinin təşkilinə, eyni zamanda yanğın təhlükəsizliyinə cavabdeh şöbə müdüri olan Məryəm Rzayeva olub. Mən Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin rəhbəri idim. Yeni doğulmuşların terapiyası şöbəsi dördüncü mərtəbədə idi. Yanğın da orada baş verib. Mən indiyə kimi həmin şöbədə olmamışam. O şöbə ilə əlaqədar hər hansı bir tapşırıq da almamışam. Sözügedən şöbənin bölməyə çevrildiyini də daha sonra öyrəndim".

Hamlet Mustafayevin sözlərinə görə, ona qarşı irəli sürülmüş ittihamda Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyinə əməl ediməməsi ilə bağlı aktına istinad edilib:

"Mənim bu kimi aktlardan xəbərim olmayıb. Olsa, belə mənim səlahiyyətimdə deyil. Bu işə təsərrüfat müdiri cavabdeh olub."

O, əlavə edib ki, işdən azad olunmasaydı, faəliyyətinin 35 ili tamam olacaqdı. Hamlet Mustafayevin sözlərinə görə, onlar ana ölümlərinin qarşısının alınmasındakı təcrübələrini digər tibb müəssisələri ilə də bölüşüb.

"2008-ci ildən işlədiyim dövrə qədər mərkəzdə ana ölümü qeydə alınmayıb. Dəfələrlə fəaliyyətimə görə, təltif olunmuşam. Perinatal Mərkəzdə baş verən yanğın imicimə ciddi zərbə vurub. Bu hadisənin təsirindən hələ də çıxa bilmirəm", - deyə o bildirib.

Məhkəmənin növbəti iclası martın 17-ə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Mart 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri