Icma.az
close
up
RU
Perinatal Mərkəzin sabiq direktoru: TƏBİB ə iki ay yalvardım

Perinatal Mərkəzin sabiq direktoru: TƏBİB ə iki ay yalvardım

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə mərkəzin təqsirləndirilən sabiq direktoru Mehriban Abasquliyevanın ifadəsi dinlənilib.

M.Abasquliyeva deyib ki, əvvəlki direktorla təhvil-təslim aparılan zaman yanğın siqnalizasiya sistemi işlək olmayıb və o bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məlumat verib.

O, mövcud problemlərlə mərkəzin necə fəaliyyət göstərməsi ilə bağlı suala cavab verərkən söyləyib ki, 14 il ərzində mərkəzin yanğın siqnalizasiya sistemi işləməsə də, mərkəz işini davam etdirib:

"Mənim mərkəzin fəaliyyətini dayandırmaq, xəstələri qəbul etməmək kimi səlahiyyətim yox idi. Bütün xəstəxanalar xəstələri Səhiyyə Nazirliyinin 2013-cü il 24 saylı əmrinə əsasən qəbul edir. Mərkəzdə kənddən gələn qadınlar da var idi. Yerli xəstəxanalar onları qəbul edir, lazım olduğu təqdirdə bizə göndərirdilər. Tibb müəssisəsinin kateqoriyasının artırılması ilə bağlı müraciət etməmişəm. O bizim səlahiyyətimizdə deyil, prosedurun necə olduğunu bilmirdim. Bizdə olan küvəzlərin sayı barədə məlumat TƏBİB-də var idi. Biz küvəz sifariş verə bilmirdik, TƏBİB-dən göndərilirdi. "WhatsApp" qrupu var idi, qrupun inzibatçısı TƏBİB-in mütəxəssisi idi, xəstələr göndəriləndə həmin qrupa yazılırdılar".

M.Abasquliyeva onu da bildirib ki, onun hər hansı bir tibbi avadanlıq almaq səlahiyyəti olmayıb:

"Mən 2022-ci ilin, eləcə də 2024-cü ilin büdcəsində iştirak etməmişəm. Əgər alınacaq avadanlıq kiçik büdcə ilə həll olunurdusa, mən ala bilirdim. Bu səbəblərdən mərkəzin mühasibi işləyə bilməyəcəyini bildirərək işdən ayrılmışdı. Mən TƏBİB-ə iki ay yalvardım ki, bizə mühasib göndərsinlər".

Onun sözlərinə görə, direktor təyin ediləndən sonra TƏBİB-in İdarə Heyətinin sədri mərkəzdə olub:

"Fevral ayında böyük yoxlama gəldi. Bizə TƏBİB-dən gələnlər problemlərlə bağlı aktlar yazmışdılar, mən həmin aktları görməmişəm. Yeni otaqların açılması ilə bağlı TƏBİB-ə məlumat verilmişdi. Özləri də gəlib həmin otaqları görmüşdülər. TƏBİB-in mütəxəssisi daim mərkəzə gəlirdi. Mərkəzdə elektrik yuvalarının işləməməsi ilə bağlı mənə məlumat verilməmişdi, məlumat verilsəydi, təmir etdirərdik".

Növbəti iclas aprelin 15-nə təyin olunub.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Aprel 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri