Icma.az
close
up
RU
Perinatal Mərkəzin rəhbrəliyi hakim qarşısına çıxarılıb

Perinatal Mərkəzin rəhbrəliyi hakim qarşısına çıxarılıb

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Reyting.az
"Report"-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Fatimə Bağırova deyib ki, hadisə baş verən mərkəzdə tibb bacısı işləyib:
“Mən mərkəzdə gündüz növbəsində çalışırdım. Səhər işə gələndə gördüm ki, şöbəmiz yanıb, ətraf su içindədir. Orada olan uşaqları başqa yerə, mənimlə birgə iki tibb bacısını isə “Yeni Klinika”ya göndərdilər. Mehriban xanımı mərkəzin direktoru, Hamlet doktoru isə beşinci mərtəbədə yerləşən şöbənin müdiri olaraq tanıyıram. Bizim şöbədə elektrik uzadıcılardan istifadə edilirdi, bununla bağlı hər hansı bir qadağa yox idi”.
Perinatal mərkəzdə böyük tibb bacısı vəzifəsində çalışmış Məxbilə Qurbanova deyib ki, işə gələndə şöbənin su içində olduğunu və hər şeyin yarasız vəziyyətə düşdüyünü görüb. O, həmçinin əlavə edib ki, təqsirləndirilən şəxsləri tanıyır.
"Əvvəl mərkəzin strukturu fərqli idi. 2021-ci ildə TƏBİB mərkəzdə iclas keçirdi. Bununla da mərkəzdə struktur dəyişikliyi oldu. Bunu bizə iclas zamanı dedilər. Bizi şöbə etdilər. O vaxtdan Hamlet həkimin bölməsinin tabeliyində işləyəməyə başladıq. Əvvəl bizdə 2 otaq olsa da, daha sonra 4 otaq edildi. Xəstə artımı çox olduğu üçün hətta otaq sayını 6 etmək istəyirdilər. Otaq sayı 2 olanda rahat işləyirdik. 4 otaq olanda küvəzlər bir-birinə daha da yaxın oldu. Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi. Dəfələrlə Mehriban xanıma iş yükünün çoxluğu ilə bağlı məlumat versək də, Mehriban xanım bizə “işi bacarmayan işdən çıxa bilər” deyirdi, - şahid bildirib.
Növbəti iclas avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Avqust 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri