Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Perinatal Mərkəzin köhnə direktorundan ŞOK AÇIQLAMALAR

Perinatal Mərkəzin köhnə direktorundan ŞOK AÇIQLAMALAR

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı cinayət işi üzrə araşdırmalar davam edir.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, hakim qarşısına mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıblar.

Prosesdə şahid qismində Məryəm Rzayeva ifadə verib.

O bildirib ki, yeni doğulmuşların terapiya şöbəsinin müdiri olub, hadisə vaxtı məzuniyyətdə olub:

"2021-ci ildə mərkəzdə direktor vəzifəsini icra etmişəm. Məndən əvvəl isə direktor Sevinc xanım olub. Mən mərkəzə Mehriban xanım gələnə kimi direktor vəzifəsini icra etmişəm. Təhlükəsizliklə bağlı bütün tədbirlər görülüb. Daha sonra struktur dəyişdirildi, işçilərə bununla bağlı izahatlar verilib, əmək müqavilələri yenilənib. Mehriban xanım gələndən sonra mən şöbə müdiri vəzifəsini icra etməyə başlamışam".

Məryəm Rzayeva qeyd edib ki, bölmə 20 çarpayıdan ibarət olub:

"Lakin 2 otaqda olan çarpayılar pasiyentlər üçün işləyib. Amma Mehriban xanım gələndən sonra xəstələr üçün otaq sayı 4-ə çatdırıldı. Bu səbəbdən küvəzlərin yanında əlavə naqillərə qoşulmalar oldu. Naqillərə əlavə aparaturaların qoşulmasının düzgün olmadığını izah etmişdim. Çünki elektrik 24 saat işləyirdi. Mehriban xanım hər bir işi özü nəzarətə götürürdü".

Daha sonra M.Rzayeva dövlət ittihamçısının suallarını cavablandırıb.

O bildirib ki, Mehriban Abasquliyeva gələndən sonra otaq sayı 4-ə çatdırılsa da, xidmət göstərən personal əvvəlki qaydada işləyib. 

Məryəm Rzayevanın sözlərinə görə, şöbədə 20 çarpayı olsa da, 30-40 xəstə qəbul olunub:

"Mənim rəhbərlik etdiyim vaxtda da çox müraciətlər olunurdu. Amma mən qəbul etmirdim. Onları digər doğum evlərinə yönləndirirdim. Bizim işimiz çox ağır idi. Ona görə də gücümüz çatan qədər xəstə qəbul edirdik. Çarpayılar dolu olan zaman biz xəstəni qəbul etmirdik. Görürdük ki, 20 çarpayı doludur, gələn xəstəni qəbul etmirdik. Onu digər xəstəxanaya göndəririk. Bunu özbaşına etmirdik. TƏBİB-lə əlaqə saxlayırdıq, xəstənin digər xəstəxanaya yerləşdirilməsi təmin olunurdu".

Şahid qeyd edib ki, yanğınla bağlı bütün təlimatlar icra olunub. Deyib ki, tibbi avadanlıqlar yoxlanılıb:

"Bu yoxlama hər il aparılmalı idi. 2022-ci ildə mən yoxlamanı həyata keçirmişəm. Amma 2023-cü ildə yoxlamanın aparılmasından xəbərim olmayıb".

Məryəm Rzayevanın sözlərinə görə, küvəzləri müstəqil almaq imkanları olmayıb, TƏBİB-dən göndərilib:

"Biz sifariş vermişik, TƏBİB-dən göndərilib. Biz küvəzləri qəbul etmişik. Qəbul etmədiyimiz olmayıb. Çünki bizim sifarişimizlə alınıb. Artıq küvəz olmayıb ki, biz onu geri qaytaraq".

M.Rzayeva bildirib ki, mərkəzə rəhbərlik etdiyi 2020-2022-ci illərdə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbirlər görülüb:

"Naqillərin qızması barədə mənə heç kim məlumat verməyib. Mən bunu da müşahidə etməmişəm".

Qeyd edək ki, ötən il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi", bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Proses iyulun 28-də davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 İyun 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri