“Perspekivli təklif olduğu görə mən də razılaşdım” “Qəbələ”nin sabiq məşqçisi 1ci liqa klubunu çalışdıracaq
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yayda “Araz-Naxçıvan”dan ayrılan Xəqani Məmmədov bundan sonra 1-ci liqa klubunda çalışacaq.
Elmar Baxşıyevin köməkçisi olan 44 yaşlı mütəxəssis artıq baş məşqçi kimi fəaliyyət göstərəcək. O, mövsümün sonuna qədər “Difai”nin “sükanı arxasına” keçib.
Bəs Ağsu təmsilçisi niyə Məmmədova tapşırıldı?
Xaqani bəyin “Football-plus.az”a söylədikləri:
“Difai”dən təklif mənim üçün də gözlənilməz oldu. Həm sevindirici, həm də fəxr oldu. Belə bir klubdan dəvət aldığıma görə şadam. Rəhbərliklə görüşdük, gələcək barədə söhbət elədik. Mənə bildirildi ki, döğyüşkən komanda yaratmaq lazımdı. Bacardıqca da yuxarı pillələrə qalxmalıyıq. Perspekivli təklif olduğuna görə mən də razılaşdım. Komandada işləmək qərarına gəldim. Hazırda növbəti tura hazırlaşırıq. İnanıram ki, bir neçə tur sonra yaxşı nəticələrlə irəliləyə biləcəyik”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 21 Noyabr 2024 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















