Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 6 sentyabr, AZƏRTAC
Peruda cinayətkar dəstələrlə mübarizə məqsədilə yüksək təhlükəsizlik rejimli beş həbsxanada fövqəladə vəziyyət elan edilib.
AZƏRTAC xəbər verir ki, Peru hökumətinin bu addımı vətəndaşların təhlükəsizliklə bağlı narahatlıqlarına cavab olaraq polis və hərbi qüvvələrə həmin obyektlərə nəzarəti ələ almaq səlahiyyəti verir.
İyulun sonlarında vəzifəyə başlayan Prezident Keyko Fuximorinin hökuməti tərəfindən tətbiq edilən bu 60 günlük tədbir, həbsxana daxilindən kənara yönəlik fəaliyyət göstərən cinayətkar təşkilatlarla mübarizə məqsədi daşıyır.
Fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu beş həbsxanada cinayətkar təşkilatlarla əlaqəli məhbusların təxminən 50%-i saxlanılır.
Rəsmi məlumatlara əsasən, Peruda qəsdən adam öldürmə halları ötən il hər 100 min nəfərə düşən göstəricidə 10,1-dən 10,7-yə yüksəlib.
Hökumət cinayətkar təşkilatların "terrorçu" kimi təsnif edilməsi üçün Konqresdən 120 günlük qanunvericilik səlahiyyəti istəyib, lakin müxalifət bu tələbə etirazını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 06 Sentyabr 2026 02:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















