Peruda fövqəladə vəziyyət elan edilib
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Peru hökuməti cinayət təşkilatlarına qarşı mübarizə çərçivəsində paytaxt Lima və Kallao əyalətində 30 günlük fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Prezident Dina Boluartenin imzaladığı fərmanla hökumət “cinayətkar təşkilatlarla effektiv mübarizə aparmaq üçün” Lima və Kallaoda 30 günlük fövqəladə vəziyyət elan edib.
Milli mətbuatda yer alan xəbərə görə, Peru Milli Polisi (PNP) fövqəladə vəziyyətin təsiri altında olan bölgələrdə ictimai asayişin nəzarətini öz üzərinə götürəcək, silahlı qüvvələr isə təhlükəsizliyi təmin etmək və ən riskli bölgələrdə əməliyyatları dəstəkləmək üçün yerləşdiriləcək.
Nigar Hacılı
"Cebheinfo.az"
Baxış sayı:134
Bu xəbər 18 Mart 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















