Pərviz Həşimli:”Jurnalist ictimai ödhəliyini dərk etməklə yanaşı, həm də hüquqi biliyə malik olmaldır”
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Hesab edirəm ki, jurnalist ictimai öhdəliklərini dərk etməklə yanaşı, həm də hüquqi biliyə malik olmalıdır. İnformasiya texnologiyalarının belə sürətlə inkişaf etdiyi dövrdə medianın da məsuliyyəti artır. Bugün hansı xəbərin doğru, hansının yanlış olduğunu dəqiqləşdirmək çətin məsələyə çevrilib. Bunun üçün jurnalistin üzərinə ciddi öhdəlik düşür”.
Bunu Gununsesi.info portalının baş redaktoru Pərviz Həşimli media savadlılığından danışarkən deyib.
Baş redaktorun sözlərinə görə, hər hansı bir informasiyanı yaymaq istəyən jurnalist ilk növbədə onun doğuracağı hüquqi nəticələri görməldir:”Bizim qanunvericilikdə əhalidə təşviş yaradan, qorxuda saxlayan və ağır ictimai təhlükə törədə biləcək xəbərləri yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Bunu hər bir media nümayəndəsi xəbəri hazırlayarkən bilməlidir. Başa düşməlidir ki, onun bir yanlış xəbəri hansı fəsad yarada bilər. Bu, həm hüquqi məcburiyyət olmaqla yanaşı. həm də ictimai öhdəlikdir”.
Pərviz Həşimli hesab edir ki, informasiyanın düzgün və operativ formada cəmiyyətə çatdırılmasında dövlət qurumlarının da üzərinə məsuliyyət düşür:”Çünki dövlətlə, hökumətlə vətəndaş arasında kommunikasiyanı həm də media yaradır. Baş vermiş və baş verə biləcək proseslə bağlı informasiya sosial şəbəkələrdə naşı adamlar tərəfindən tirajlanmamışdan öncə operativ mediaya çatdırılmalıdır. Söhbət jurnalist sorğularının dərhal cavablandırılmasından gedir”.
Firuzə Mahmudova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 23 Dekabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















