Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Peşə məktəbləri əmək bazarını qane edir?

Peşə məktəbləri əmək bazarını qane edir?

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda peşə təhsilinə maraq günü- gündən artır. İxtisaslı kadrların hazırlanmasına xidmət edən peşə təhsili müəssisələri hər il məzunlar verməyə davam edir.

Maraqlıdır, ötən il peşə təhsili müəsisələrindən neçə nəfər məzun olub və növbəti ildə bu sayın nə qədər olması gözlənilir?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR və Kommunikasiya üzrə sektor müdiri Aytən Səfərəliyeva bildirib ki, 2023/2024-cü tədris ilində peşə təhsili müəssisələrindən 14635 nəfər məzun olub.

Eyni zamanda o qeyd edib ki, 2023/2024-cü tədris ilində 20563 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

“2024-2025-ci tədris ili üzrə isə peşə təhsil müəssisələrinə 24,823 nəfər qəbul olunub ki, bu da əvvəlki illə müqayisədə 21% artım deməkdir. 2024/2025-ci tədris ilində 17 minə yaxın məzun olacağı gözlənilir”,- deyə o vurğulayıb.

Daha çox maraq hansı ixtisaslaradır?

Aytən Səfərəliyeva əlavə edib ki, müraciət sayına əsasən, İKT, iqtisadiyyat, avtomobil sahələri daha çox maraq dairəsində görünür.

“Artan sıra ilə desək, abituriyentlərimiz maliyyə və mühasibatlıq, marketinq, İKT və dizayn sahələrinə öncəlik verirlər.

Xüsusilə, proqramçılar, virtual təhlükəsizlik üzrə mütəxəssislər və data analitikləri kimi peşələrə tələbat yüksəkdir. Bundan əlavə, dizaynerlər, xüsusilə qrafik və interyer dizaynerləri də əmək bazarında tələb olunan peşələr sırasındadır”,- deyə o əlavə edib.

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə bildirib ki, hazırda Azərbaycanda peşə təhsili sistemi müəyyən islahatlara baxmayaraq, əmək bazarını kəmiyyət və keyfiyyət baxımından tam şəkildə təmin etmək gücündə deyil:

“Peşə Təhsili üzrə Dövlət Agentliyinin son illərdə həyata keçirdiyi struktur və idarəetmə dəyişiklikləri, modul əsaslı tədris proqramlarına keçid və bir sıra müəssisələrin modernləşdirilməsi müsbət addımlardır. Lakin bu tədbirlər sistemin ümumi performansını əsaslı şəkildə dəyişməyə yetmir. Peşə təhsili müəssisələrinin infrastruktur imkanları, təlimçi potensialı, istehsalat təcrübəsi şəbəkəsi və işəgötürənlərlə əməkdaşlığı hələ də zəifdir.

Rəsmi statistikaya görə, 2023-cü ildə ölkədə 82 minə yaxın şagird peşə təhsili müəssisələrində təhsil alıb, onların yalnız təqribən 32%-i təhsilini bitirdikdən sonra ixtisasına uyğun daimi işə düzələ bilib. Qalanlar ya qeyri-ixtisaslı sahələrdə fəaliyyət göstərir, ya da ümumiyyətlə əmək bazarına daxil ola bilmir. Bu göstəricilər göstərir ki, mövcud peşə təhsili proqramları əmək bazarının real tələblərinə uyğun deyil və əmək bazarının sürətlə dəyişən strukturu ilə ayaqlaşmır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci ildə yayımladığı hesabatda işəgötürənlərin 58%-i peşə təhsili məzunlarının praktiki bacarıqlarının qeyri-kafi olduğunu bildirib. Bu da onu göstərir ki, peşə məktəblərində nəzəri təlim çoxluq təşkil edir, istehsalat təcrübəsi isə ya kağız üzərindədir, ya da real sektordan təcrid olunmuş formada həyata keçirilir. Bunun əsas səbəbi müəssisə-təhsil əlaqəsinin sistemli şəkildə qurulmaması və peşə təhsilinə dövlət və özəl sektor tərəfindən yetərli investisiya qoyulmamasıdır”.

K. Əsədov qeyd edib ki, Azərbaycan Respublikasının “Peşə təhsili haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, peşə təhsili “əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasını təmin etməlidir.

“Lakin qanunvericilikdə bu məqsəd qeyd olunsa da, reallıqda sistemin özəyini təşkil edən maddi-texniki baza və təlimçi hazırlığı hələ bu məqsədə uyğun səviyyədə deyil. Bir çox peşə məktəbində avadanlıq köhnəlib, müasir texnologiyalara əsaslanan laboratoriyalar yoxdur, müəllimlərin özləri də müasir sənaye təcrübəsinə malik deyillər.

Dünya təcrübəsinə nəzər salsaq, Almaniya, İsveçrə və Avstriya kimi ölkələrdə peşə təhsili əmək bazarının əsas tənzimləyici mexanizmlərindən biri hesab olunur. Almaniyanın “dualist sistem”ində tələbələr peşə məktəbində aldıqları nəzəri bilikləri eyni zamanda real müəssisələrdə praktik şəkildə tətbiq edirlər. Bu modeldə işəgötürənlərin peşə təhsilinə birbaşa müdaxiləsi və məsuliyyəti var. Nəticədə, Almaniyada peşə təhsili məzunlarının 85%-i məzun olduqdan sonra altı ay ərzində iş tapır və onların böyük əksəriyyəti ixtisası üzrə fəaliyyət göstərir”,- deyə əlavə edib.

“Azərbaycanda da bu modelə keçidlə bağlı pilot layihələr həyata keçirilir. Məsələn, “Sumqayıt Peşə Təhsil Mərkəzi”, “Gəncə Dövlət Peşə Təhsil Mərkəzi” kimi müəssisələrdə bir sıra ixtisaslar üzrə dual təhsil modulu tətbiq olunur. Lakin bu tətbiq sistemli deyil və bütün ölkə üzrə ümumiləşdirilmiş nəticə yaratmaq gücündə deyil. Ən böyük çətinlik isə işəgötürənlərin bu prosesi sosial məsuliyyət yox, əlavə yük kimi görmələridir. Dövlətlə özəl sektor arasında müqavilə əsaslı, qarşılıqlı faydaya əsaslanan struktur əlaqə hələ ki, formalaşmayıb.

Müsbət tərəf ondan ibarətdir ki, son illər ərzində bəzi yeni ixtisaslar – “logistika üzrə texnik”, “ağır texnika üzrə mexanik”, “avtomatlaşdırma üzrə operator”, “drone mütəxəssisi” kimi sahələr üzrə proqramlar tətbiq olunmağa başlanılıb. Bu proqramlar əmək bazarının yeni çağırışlarına müəyyən qədər cavab verir. Lakin bu təşəbbüslər geniş yayılmadığından sistemin ümumi keyfiyyətinə hələ təsir edə bilməyib.

Nəticə etibarilə, Azərbaycan üçün peşə təhsili əmək bazarının effektiv tənzimləyicisinə çevrilmək potensialına malikdir, lakin bu, yalnız sistemli, institusional və real sektorla inteqrasiyaya əsaslanan transformasiya ilə mümkün olacaq. Bunun üçün təhsilin maliyyələşmə modeli dəyişməli, özəl sektorun iştirak payı artmalı, müəssisələrin peşə təhsilinə məsuliyyətli tərəfdaş kimi cəlb olunması üçün stimullar (vergi güzəştləri, subsidiyalar) tətbiq edilməlidir. Əks halda, peşə təhsili diplomu olan, amma real bacarığı və iş imkanları olmayan minlərlə gəncin ümidsizliyinə çevriləcək. Bizə kağız üzərində deyil, real istehsalat və xidmət sektorunu təmin edən, çevik və bazara yönəlmiş peşə təhsili sistemi lazımdır” – deyə K.Əsədov vurğulayıb.

Məqalədə:

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 May 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see422

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see241

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see223

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see216

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see215

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see212

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see209

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see207

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see202

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see192

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see192

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see188

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see187

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see187

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see185

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see184

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see178

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see174

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see167

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri