Icma.az
close
up
RU
Peşə məktəblərində təhsil haqqı niyə yüksəkdir? AYDINLIQ GƏTİRİLDİ

Peşə məktəblərində təhsil haqqı niyə yüksəkdir? AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanda peşə təhsilinin ən böyük paradokslarından biri odur ki, dövlətin rəsmi sənədlərində bu sahə “strateji prioritet”, “əmək bazarının əsas dayağı”, “gənclərin məşğulluq təminatının açarı” kimi təqdim olunur, amma reallıqda peşə məktəblərində təhsil haqqı bir çox hallarda bəzi universitet ixtisaslarından belə yüksəkdir. Bu vəziyyət ölkədə peşə təhsilinin inkişafını süni şəkildə məhdudlaşdırır, gəncləri bu istiqamətdən uzaqlaşdırır və sosial-iqtisadi bərabərsizliyi dərinləşdirir. Halbuki peşə təhsilinin mahiyyəti ondan ibarətdir ki, daha çox gənc tez bir zamanda peşə və bacarıq qazanaraq iş həyatına daxil olsun və ölkədə ixtisaslı kadr çatışmazlığı azalsın. Təhsil haqqının yüksək olması isə bu məqsədin tam əksinə işləyir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Rəsmi statistikaya görə, 2024-cü ildə ölkə üzrə 92 peşə təhsil müəssisəsinə 25 mindən çox müraciət olub və onların yalnız təxminən 40 faizi dövlət sifarişi əsasında, yəni pulsuz təhsil almaq imkanı əldə edib. Qalan 60 faiz gənc isə ödənişli əsaslarla oxumağa məcbur olub. Təhsil haqları bəzi məktəblərdə illik 800-1500 manat arasında dəyişir ki, bu da orta gəlirli ailə üçün kifayət qədər ağır yükdür. Bu rəqəm ali təhsildə bəzi ixtisaslarla müqayisədə çox yüksəkdir. Məsələn, region universitetlərində pedaqoji ixtisasların illik təhsil haqqı 1400-1800 manat olduğu halda, peşə məktəbində aşpazlıq və ya avtomexanik ixtisasına görə oxşar məbləğ tələb olunur. Bu, həm sosial ədalət prinsiplərinə, həm də “Təhsil haqqında” qanunun 14-cü maddəsinə ziddir. Həmin maddədə göstərilir ki, dövlət və bələdiyyə təhsil müəssisələrində vətəndaşların maddi imkanları nəzərə alınmalı, sosial həssas qruplar üçün xüsusi güzəştlər təmin edilməlidir. Praktikada isə bu norma kağız üzərində qalır və peşə məktəbləri öz xərclərini tamamilə tələbə üzərinə yükləyirlər.

Peşə təhsilinin yüksək ödənişli olması ölkədə bu sahəyə aydın maliyyələşmə siyasətinin olmamasından qaynaqlanır. Elm və Təhsil Nazirliyi universitetlər üçün müəyyən təhsil haqqı limitləri və dövlət sifarişi yerləri müəyyən etsə də, peşə məktəblərinə münasibətdə vahid qiymət siyasəti tətbiq etmir. Bu isə məktəblərin özbaşına təhsil haqqı müəyyən etməsinə şərait yaradır. Dövlət Proqramlarında – məsələn, “Peşə Təhsilinin İnkişafı üzrə 2020-2025-ci illər üçün Dövlət Proqramı”nda peşə məktəblərinin maliyyə yükünün dövlət və özəl sektor arasında bölüşdürülməsi nəzərdə tutulsa da, konkret mexanizmlər işlənməyib. Nəticədə məktəblər öz xərclərini kompensasiya etmək üçün qiymətləri artırır və bu, təhsilin əlçatanlığını azaldır.

Dünya təcrübəsi ilə müqayisə apardıqda, Azərbaycan modelinin geri qaldığı aydın görünür. Almaniyada “Dual təhsil” sistemi çərçivəsində peşə məktəbləri pulsuzdur və tələbə yalnız təhsil almır, həm də əmək müqaviləsi ilə işləyərək aylıq 400-800 avro əməkhaqqı qazanır. İsveçrədə peşə təhsilinin 90 faizi dövlət tərəfindən maliyyələşdirilir, hətta bəzi hallarda tələbə üçün pulsuz nəqliyyat və təcrübə dövründə əlavə müavinətlər təmin olunur. Koreya və Sinqapur modellərində peşə təhsilinə qoyulan dövlət investisiyaları universitetlərlə bərabər və bəzi hallarda daha yüksəkdir, çünki bu sahə sənaye və iqtisadiyyatın əsas təminatçısı kimi görülür. Azərbaycanda isə vəziyyət əksinədir: gənc həm təhsil haqqı ödəyir, həm də təcrübə keçdiyi müəssisələrdə pulsuz işləyir, məzun olduqdan sonra isə işəgötürənlər ondan əlavə sertifikat və kurs tələb edir. Bu, sistemin effektivliyini sual altına qoyur.

Müsbət tərəf kimi son illərdə dövlət sifarişi yerlərinin sayında müəyyən artım qeyd edilə bilər. 2018-ci ildə bu rəqəm cəmi 25 faiz idisə, 2024-cü ildə 40 faizə çatıb. Lakin bu artım ümumi tələbatın qarşısını almaq üçün yetərli deyil. Təhsil haqlarına görə sosial güzəştlərin tətbiqi çox məhduddur və praktiki olaraq yox səviyyəsindədir. Nazirliyin konkret proqnoz və planlarının olmaması nəticəsində bu sahə yalnız formal prioritet olaraq qalır. Elm və Təhsil Nazirliyi ictimai maarifləndirmə işini də aparmır – valideynlər və abituriyentlər peşə təhsilinin real imkanlarından xəbərsiz qalır, onu “keyfiyyətsiz və bahalı” təhsil kimi qəbul edirlər.

Əgər bu sahədə vəziyyət dəyişməsə, ölkədə ixtisaslı kadr çatışmazlığı daha da dərinləşəcək. Statistikaya əsasən, 2025-ci ildən sonra əmək bazarında texniki ixtisaslar üzrə boş yerlərin 50 faizdən çoxunun peşə təhsilli kadrlarla doldurulması tələb olunacaq, amma indiki maliyyə modeli bu tələbatı ödəməyə imkan vermir. Vəziyyəti düzəltmək üçün dövlət təhsil haqqını tam və ya qismən subsidiyalaşdırmalı, Almaniya və Koreya modelinə keçid etməli, müəssisələrə tələbəyə təcrübə zamanı maaş ödəmək öhdəliyi qoymalıdır. Əks halda, peşə məktəbləri sadəcə adını daşıyan, amma gənclər üçün real imkan yaratmayan bir struktur olaraq qalacaq və dövlətin bu sahədə illərdir verdiyi vədlər icrasız qalacaq. Elm və Təhsil Nazirliyinin fəaliyyətsizliyi, plan və proqnoz çatışmazlığı, ictimaiyyətlə düzgün kommunikasiya qurmaması bu sahədə islahatların kağız üzərində qalmasının əsas səbəbidir. Bu problemlər həll olunmayınca, peşə təhsilinə maraq artmayacaq, qiymətlər yüksək olaraq qalacaq və ölkənin iqtisadi inkişafı üçün vacib olan peşəkar kadr bazası formalaşmayacaq”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri