Peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 75% şəxs uğur qazanmayıb
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.
Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən 525.az-a verilən məlumata görə, 23 iyun 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 295 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 240 nəfəri imtahanda iştirak edib.
25 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 25% təşkil edib. İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış namizədlərlə bağlı statistikanı təqdim edirik (Statistika ilə keçiddən tanış ola bilərsiniz).
Bildirilib ki, imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış 4 ixtisasın ölkələr üzrə təhlili aparılıb.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 02 İyul 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















