Icma.az
close
up
RU
Peşə təhsili Almaniya modelinə keçir?

Peşə təhsili Almaniya modelinə keçir?

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İxtisas xəritəsi yenilənir, əmək bazarı köklü şəkildə dəyişəcək

Nazirlikdə yaradılan strateji bölmə sistemi tam yeni formaya salacaq

“Təhsilə ayrılan vəsait illər üzrə artır. Peşə təhsili bütün dünyada olduğu kimi, Azərbaycanda da ixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Bu təhsil istiqaməti gənclərə perspektivli gələcək qazandırır”.

Bunu Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli "Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında deyib. O bildirib ki, dəyişən əmək bazarının tələblərinə uyğunlaşmaq üçün peşə təhsili daha çevik həllər təqdim etməlidir: “Strateji sənədlərdə müəyyən edilmiş prioritetlərə əsasən, ölkənin müxtəlif bölgələrində peşə təhsil mərkəzləri inşa edilib. Bunun nəticəsində tələbə qəbulu iki dəfə artıb. Qadınların peşə təhsilinə marağı da yüksəlib. Hazırda təhsil alanların 39 faizini qadınlar təşkil edir. Əlçatanlığın artırılması bu sahəyə marağın artmasında mühüm rol oynayır.

Peşə təhsili regionların sosial-iqtisadi inkişafı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Hazırda Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır. Peşə təhsilinə cavabdeh olan yeni struktur yaradılıb”.

O qeyd edib ki, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir: “Eyni zamanda, bu qaydaların və siyasətin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur”.

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyinin strukturunda peşə təhsilinə cavabdeh yeni bölmənin yaradılması idarəetmənin mərkəzləşdirilməsi, strategiyanın daha aydın formalaşdırılması və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi baxımından məqsədyönlü addımdır:

“Dəyişən əmək bazarının tələbləri fonunda peşə təhsilinin idarəetmə modelində aparılan struktur dəyişiklikləri keyfiyyət, çeviklik və real sektorla inteqrasiya baxımından strateji zərurətə çevrilib. Ölkədə peşə təhsilinə tələbatın son beş ildə iki dəfə artması, yeni peşə mərkəzlərinin açılması, qadınların iştirak payının 39 faizə yüksəlməsi və regionlarda təlim infrastrukturunun genişlənməsi göstərir ki, sistem kəmiyyət artımını artıq tamamlayır və keyfiyyət mərhələsinə daxil olur. Bu mərhələdə planlaşdırma, monitorinq, analitika və icra funksiyalarının daha dəqiq bölünməsi tələb olunur və aparılan struktur dəyişikliyi məhz bu ehtiyacdan doğur. “Təhsil haqqında” Qanunun 5-ci maddəsi təhsilin məqsəd və prioritetlərinə uyğun olaraq vahid dövlət siyasətinin qurulmasını tələb edir. Peşə təhsili ilə bağlı normativ sənədlərdə də siyasətin müəyyənləşdirilməsi ilə icranın ayrı qurumlar tərəfindən həyata keçirilməsi prinsipi təsbit edilir. Nazirlik daxilində strateji bölmənin yaradılması bu hüquqi və funksional bölünməni daha aydın edir, siyasətin formalaşdırılmasını mərkəzləşdirir və analitik qərarverməni gücləndirir. İcraedici qurumun fəaliyyətinin davam etməsi isə həm əməliyyat çevikliyini qoruyur, həm də qanunvericiliyin tələb etdiyi “əməliyyat-icra” modelini təmin edir. Bu yanaşma uzun müddətdir OECD ölkələrində tətbiq olunan idarəetmə modelinə uyğunluq yaradır və təhsilin bütün pillələri arasında koordinasiyanın gücləndirilməsi baxımından mütərəqqi addımdır. Müsbət tərəflərdən biri odur ki, yeni struktur ixtisasların planlaşdırılması prosesində analitikanın rolunu artırır. Hazırkı statistik göstəricilər ölkənin qeyri-neft sektorunda orta ixtisaslı kadrlara tələbatın ilbəil artdığını göstərir; sənaye, aqrar və xidmət sahələrində 2023–2024 dövründə peşə təhsili tələb edən vakansiyaların sayında 11 faiz artım qeydə alınıb. Analitika və planlaşdırma funksiyalarının nazirlik səviyyəsində gücləndirilməsi ixtisasların məzmununun əmək bazarına uyğunlaşdırılmasını sürətləndirə bilər. Bu, xüsusilə regionlarda yeni sənaye zonalarının, aqrar parkların və texnoloji məkanların fəaliyyyətə başlaması fonunda vacibdir. İxtisas xəritələrinin yenilənməsi və tələb-təklif balansının daha dəqiq hesablanması kadr hazırlığının keyfiyyətinə birbaşa təsir göstərir”.

K.Əsədovun sözlərinə görə, inteqrasiyanın güclənməsinə səbəb olacaq digər dəyişiklik istehsalat təcrübəsinin keyfiyyətinin və əhatə dairəsinin artırılmasıdır. Qanunvericilikdə istehsalat təcrübəsinin məcburi xarakter daşıdığı təsbit edilsə də, illər boyu bu norma sistemli şəkildə icra olunmayıb:

“Yeni struktur nəzarət mexanizmlərini mərkəzləşdirərək real sektorla bağlanan müqavilələrin icrasını, təcrübə proqramlarının effektivliyinin ölçülməsini və müəssisələrin prosesə nə dərəcədə cəlb olunduğunu izləməyi mümkün edir. Dünya təcrübəsi göstərir ki, Almaniya, Avstriya və İsveçrə kimi ölkələrdə peşə təhsilinin uğuru məhz bu inteqrasiyanın dərinliyi ilə bağlıdır; həmin ölkələrdə dual təhsil modeli nəticəsində gənclər arasında işsizlik 6–8 faiz səviyyəsindədir, halbuki OECD ortalaması 13 faizdir. Bu müqayisə onu göstərir ki, peşə təhsili və müəssisə əməkdaşlığı dərindən qurulmadıqca sistem real nəticə vermir. Struktur dəyişikliyinin potensial təsirlərindən biri də regionların inkişafında balansın güclənməsi ola bilər. Hazırda ölkədə 27-dən çox yeni peşə tədris mərkəzi fəaliyyət göstərir və tələbə axınının regionlara yayılması sosial-iqtisadi tarazlığa müsbət təsir göstərir. Nazirlik səviyyəsində siyasətin formalaşdırılması regionlar üzrə ixtisaslaşma, resurs bölgüsü və prioritet sektorların müəyyənləşdirilməsini daha dəqiq istiqamətləndirə bilər. Bu isə regionlarda işsizliyin azaldılması və yerli kadr potensialının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, sistemin qarşısında ciddi çağırışlar qalmaqdadır. Müəllim və stad-müəllim çatışmazlığı hələ də həllini gözləyir; hazırda peşə təhsili sektorunda çalışan pedaqoji heyətin 43 faizi ixtisasartırma təlimlərindən keçməyib və bu, keyfiyyət fərqlərinin əsas səbəblərindən biridir. Digər çağırış müəssisələrin prosesə cəlb edilməsinin hələ də qeyri-bərabər olmasıdır; böyük müəssisələr sistemə qoşulsa da, kiçik və orta biznesin əhatəsi azdır. Üçüncü çağırış peşə təhsilinin sosial imicidir; tələbə sayı artsa da, hələ də geniş ictimaiyyət bu modeli ikinci seçim kimi qəbul edir. Dördüncü çağırış ixtisasların müəyyənləşdirilməsində və kurikulumların yenilənməsində çevikliyin artırılmasıdır; əmək bazarı sürətlə dəyişir, lakin tədris proqramlarının yenilənmə tempi bəzən gecikir. Struktur dəyişikliyi bu prosesi sürətləndirmək üçün mühüm imkandır”.

Ekspert bildirib ki, aparılan dəyişikliklər qlobal trendlə uzlaşır. Əksər ölkələrdə peşə təhsili dövlət səviyyəsində strateji idarə olunur, icra isə ayrı qurumlara verilir:

“Bu model siyasət və icra arasında rol bölgüsünü aydınlaşdırır və sistemin çevikliyini artırır. Azərbaycanda aparılan dəyişiklik də bu yanaşmanın tətbiqi baxımından müsbət addımdır. Nazirliyin idarəetməni optimallaşdırmaq istiqamətində atdığı addımlar peşə təhsilinin keyfiyyət mərhələsinə keçidini asanlaşdırır və real sektorla inteqrasiyanı gücləndirir. Hesab edirəm ki, aparılan struktur dəyişiklikləri peşə təhsilinin daha çevik, daha nəticəyönümlü və daha əmək bazarı mərkəzli modelə keçidini sürətləndirə bilər. Siyasət və icra arasında funksional bölünmə, ixtisas planlamasının analitik bazada aparılması, regionlarda təlim infrastrukturunun genişləndirilməsi və istehsalat təcrübəsinin nəzarət mexanizmlərinin güclənməsi sistemin keyfiyyətini yüksəldəcək əsas dəyişikliklərdir. Nazirliyin bu addımı təhsil sisteminin uzunmüddətli inkişaf hədəfləri ilə tam uyğun gəlir və peşə təhsili sektorunun gələcək illərdə sürətli modernləşməsinə ciddi təkan verə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see436

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see332

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see293

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see289

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see281

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see251

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see248

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see246

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see235

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see231

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see228

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see220

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see207

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see207

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see199

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see188

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see186

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see179

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see178

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri