Fatih Terim Türkiyə millisinə çağırış etdi
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Heç kim təslim olmağı düşünməməlidir. Qazanılan hər xal, turnirlərdə vurulan hər qol çox vacibdir".
Moderator.az xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim özünün "YouTube" kanalında bildirib.
Onun sözlərinə görə, ilk oyunda gözlənilməz məğlubiyyətə baxmayaraq, "ay-ulduzlular" növbəti mərhələyə yüksəlmək şanslarını qoruyurlar.
Məşhur məşqçi sona qədər mübarizə aparmağın vacibliyini vurğulayıb və keçmişdən nümunələr gətirib:
"Bu matç bitdi, daha iki oyunumuz var. AÇ-2008-də ilk oyunda Portuqaliyaya 2:0 hesabı ilə uduzduq, amma turnirin yarımfinalına yüksəldik. Türkiyə millisinin qarşıda iki oyunu var. Məqsəd sona qədər mübarizəni davam etdirməkdir. Biz elə bir turnirdəyik ki, hətta bir qələbə belə kifayət edə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 İyun 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















