Icma.az
close
up
RU
Dırnaqarası peşə təhsili...

Dırnaqarası peşə təhsili...

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Təhsil cəmiyyətin strukturunda önəmli rola malikdir. Onun hər pilləsi, səviyyəsi diqqətdə saxlanılmalı və təkmilləşdirilməsi üçün tədbirlər görülməlidir. Təbii haldır ki, cəmiyyət olaraq özümüzə ən yaxşını arzu edirik, onun üçün səy göstəririk. Bu, təhsil sahəsində də belədir. Üzücü bir tendensiya mövcuddur ki, təhsilin digər pillələrini önəmsiz hesab edirik və ya dırnaqarası baxırıq. Amma fərqinə varmırıq ki, təhsilin adı keçən hər bir amil bizim üçün əhəmiyyət daşımalıdır. Bu yanaşmaya görə ailələr, gənclər təhsilin ali pilləsindən qeyrisinə yuxarıdan aşağı baxır. Bu da öz növbəsində həm cəmiyyətdə, həm də təhsildə bərabərsizlik yaradır. Belə ki, hər kəs nə olur-olsun, mahiyyətini belə dərk etmədən bir ali təhsil diplomu almaq hayındadır. Bu minvalla nə qədər istedadlı, bacarıqlı gənclər cəmiyyət üçün yararlı ola biləcəyi halda, işsizlikdən əziyyət çəkən ali təhsilli məzuna çevirilir.

Peşə təhsili ali təhsillə müqayisə edilməməli və hər ikisinin mahiyyətini gənclər düzgün anlamalıdır. Onlar bilməlidir ki, peşə bacarıq tələb edən təhsil sahəsidir və cəmiyyətdə həmişə tələb görür. Yəni bazar iqtisadiyyatında dəyəri hər zaman mövcuddur. Peşə mütəxəssisinin görəcəyi işi ali təhsilli biri görmür deyə bu sahələr arasında heç zaman rəqabət olmur.

Cəmiyyətin təsəvvüründəki "dırnaqarası peşə təhsili" anlayışını silmək və peşədə təhsil alan gənclərə qarşı münasibətin dəyişməsi üçün peşə sahəsində çalışanların üzərinə böyük məsuliyyət düşür. Onlar işlərinə daha da canla-başla yanaşmalı, qarşılarındakı gəncin bacarıqlı, istedadlı bir fərd olduğunu nəzərə alaraq onlara biganə yanaşmamalıdırlar. Bacarıqlı gənclərin həm də artistik bacarığı, incəsənət ruhu olur. Onlar yaratmağı bacaran və sevən olurlar. Bunu biz mərkəzimizdə keçirilən tədbirlər əsnasında da aydınca görə bilirik. Çox istedadlı gənclərimiz var, onların potensialına cəmiyyətin gözucu yanaşması ədalətli deyildir. Bu baxış bucağını dəyişmək son dərəcə vacibdir. Bu məqsədlə biz də öz növbəmizdə peşə təhsilinin səmərəliliyini aktual saxlamaq üçün tez-tez orta məktəblərdəki şagirdlərlə əlaqəyə keçib, seminarlar, ustad dərsləri təşkil edirik. Sosial media üzərindən peşə təhsilinin daha çox insana çata bilməsi üçün ölkə tarixində əlamətdar hesab olunan bütün tədbirlərdə peşə tələblərinin iştirakını təmin edir, onların bacarıqlarının göz önündə olması üçün əlimizdən gələni edirik. Peşəkarlar olmasa, cəmiyyətin strukturunda ciddi problemlər yaranar. Buna görə də, peşə təhsilini "zirzəmi təhsili" kimi görməkdən vaz keçmək lazımdır. Bizim hər zaman dərzilərə, ustalara, aşpazlara, qənnadçılara ehtiyacımız olacaqdır.

Aysel Qafilova,

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Fevral 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri