Icma.az
close
up
RU
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru tədris proqramlarının yenilənməsinin vacibliyindən danışıb AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru tədris proqramlarının yenilənməsinin vacibliyindən danışıb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 yanvar, AZƏRTAC

Son illərdə ölkəmizdə yeni peşə təhsil müəssisələrinin yaradılması və mövcud olanların modernləşdirilməsi istiqamətində ciddi işlər görülür. Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad və digər bölgələrdə yeni tikilib istifadəyə verilmiş peşə təhsil müəssisələri mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Quba, Qax, Tovuz kimi rayonlarla yanaşı, Qarabağ bölgəsində də - Füzuli, Şuşa, Qubadlı, Ağdam və Zəngilan kimi ərazilərdə yeni peşə təhsil müəssisələrinin layihələndirilməsi və tikintisi davam edir: "Bu infrastruktur, təkcə təhsil deyil, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edir. Peşə təhsili sisteminin dayanıqlılığı və əmək bazarının tələblərinə uyğunluğu dövlət və özəl sektorun əməkdaşlığından asılıdır. Müasir dövrdə əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması üçün sənaye sektorunun tələbləri ilə təhsil sistemi arasında sıx koordinasiya təmin olunmalıdır. Təhsil bazarı və əmək bazarı arasında əlaqənin gücləndirilməsi zəruridir. Bu, dəyişən iqtisadi mühitdə təhsilin çevikliyini və effektliyini təmin edir".

Ceyhun Kərəmov bildirib ki, əmək bazarının sürətlə dəyişən tələbləri təhsil sisteminə də yeni yanaşma tələb edir: "Təhsil proqramlarının müasir standartlara uyğunlaşdırılması vacibdir. Bu prosesdə işəgötürənlərin iştirakı ilə tədris proqramları yenilənməlidir. Müəllimlərin və məktəb idarəçilərinin dəyişən tələblərə uyğun olaraq peşəkar inkişafı təmin edilməlidir. Biz bu dəyişikliklərə cavab verə bilirikmi? Cavab verə bilmiriksə, nə etməliyik? sualları təhsil sisteminin davamlı olaraq özünü təkmilləşdirməsinə yol açır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri