Icma.az
close
up
RU
PeşəFest 2025 ə Bakıda yekun vuruldu: Gənclərə karyera tövsiyəsi

PeşəFest 2025 ə Bakıda yekun vuruldu: Gənclərə karyera tövsiyəsi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin reallaşdırdığı "PeşəFest-2025"in Bakıda yekun tədbiri keçirilib.

Oxu.Az xəbər verir ki, "Baku Crystal Hall"da "Peşə öyrən, gələcəyini qur!" devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, deputatlar, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrindən rəhbər şəxslər, yeniyetmə və gənclər iştirak ediblər.

Anar Əliyev 2022-ci ildən təşkil olunan "Peşələr festivalı"nın gənclərin düzgün peşə seçiminə və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək məqsədi daşıdığını diqqətə çatdırıb. Nazir 160 mindən çox gəncin bu tədbirlərə qatılaraq müxtəlif peşələr üzrə əmək bazarının tələbləri, zəruri bacarıqlar və karyera imkanları barədə praktiki məlumatlar əldə etdiyini bildirib.

O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü sosial siyasətin vətəndaş rifahının təminatına xidmət etdiyini, eyni zamanda insan kapitalının inkişaf etdirilməsinin bu siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib. Bildirib ki, "PeşəFest"də iştirak edən gənclərimiz bu platforma vasitəsilə əmək bazarında aktual trendlərlə tanış olmaq, müxtəlif peşələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət və gələcək karyera planlarını qurmaq imkanı əldə ediblər.

Bu ilin 9 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən 371 min nəfərin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğu, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması sahəsində aparılan işlər, 1500-dən çox peşə və kvalifikasiya standartının hazırlanaraq işəgötürənlərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. İşğaldan azad edilən ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri də qeyd edilib, onlardan iqtisadi fəal olanların 6108 nəfərinin məşğulluğunun təmin edildiyi bildirilib.

Digər çıxışçılar gənclər üçün düzgün peşə seçiminin vacibliyini, "PeşəFest"in bu baxımdan əhəmiyyətli dəstək rolu oynadığını qeyd ediblər. Onlar gənclərin müasir əmək bazarının tələbləri, aktual peşələr üzrə zəruri bacarıqlar və karyera imkanlarına dair praktiki məlumatlara yiyələnməsində, öz maraq və bacarıqlarını aşkara çıxarmalarında bu interaktiv layihənin önəmindən bəhs ediblər.

Sonra peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib, peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıblar. Festival musiqi qruplarının ifaları və iştirakçılar arasında keçirilmiş maraqlı viktorinalarla davam edib.

Qeyd edək ki, "PeşəFest-2025" layihəsinə ötən ay Astarada başlanıb. Daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ və Xaçmaz rayonlarında keçirilib. Ümumilikdə, 10 rayon və paytaxt Bakıda bu tədbirlərə 80 minədək iştirakçı qatılıb. Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunub.

İştirakçılar festivalda bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri