Icma.az
close
up
RU
“PeşəFest 2026”nın növbəti dayanacağı Naxçıvan olub

“PeşəFest 2026”nın növbəti dayanacağı Naxçıvan olub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 13 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsinin növbəti dayanacağı Naxçıvan Muxtar Respublikası olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu dəfə festivalın çadır-stendləri Naxçıvan şəhərində qurulub.

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, həmçinin ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nazir F. Bağırzadə müasir əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və peşəkar kadr potensialının formalaşdırılmasının, eləcə də gənclərin dayanıqlı məşğulluğunun təmin edilməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, gənclərin peşə seçərkən əmək bazarının hazırkı tələbləri ilə yanaşı, gələcək inkişaf meyillərini və yeni texnologiyaların yaratdığı imkanları da nəzərə almalarının vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, “PeşəFest” gənclərin müxtəlif peşələr haqqında məlumatlılığının artırılmasına, onların əmək bazarına uyğun düzgün peşə seçiminə istiqamətləndirilmələrinə mühüm töhfə verir.

DMA-nın İdarə Heyətinin sədri H.Abbasov isə öz növbəsində, “PeşəFest”in muxtar respublikada keçirilməsinin təsadüfi olmadığını bildirib və deyib ki, Naxçıvanın özünəməxsus iqtisadi potensialı, sahibkarlıq mühiti, istehsal və xidmət sahələrinin inkişaf perspektivləri gənclərimiz üçün müxtəlif imkanlar yaradır. Bu imkanlardan yararlanmaq üçün isə düzgün istiqamət seçmək, müasir bilik və bacarıqlara yiyələnmək lazımdır. DMA-nın sədri festival çərçivəsində yaradılan imkanların məktəblilərə müxtəlif sahələrin xüsusiyyətlərini yaxından öyrənməyə, mütəxəssislərlə ünsiyyət qurmağa və gələcək seçimlərini daha aydın müəyyənləşdirməyə kömək etdiyini bildirib.

Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.

“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı, tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI,UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.

Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəs “PeşəFest-2026”da fəal iştiraka dəvət edilir.

Müxbir - Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri