Icma.az
close
up
RU
Gəncədə “PeşəFest 2026” layihəsi reallaşıb

Gəncədə “PeşəFest 2026” layihəsi reallaşıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 1 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi “PeşəFest-2026” layihəsi bu dəfə Gəncə şəhərində reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında regionlarda əmək bazarının inkişafı və yeni məşğulluq imkanlarının formalaşmasında peşə bacarıqlarının əhəmiyyətini vurğulayıb. O, gənclərin əmək bazarında tələb olunan peşələr barədə məlumatlandırılmasının, praktiki bacarıqlarının artırılmasının və peşə seçiminə dəstək göstərilməsinin vacibliyini qeyd edib. Şəhər rəhbəri “PeşəFest” layihəsinin bu istiqamətdə həyata keçirilən tədbirlərə mühüm töhfə verdiyini bildirib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov müasir əmək bazarında işəgötürənlərin tələblərinin dəyişdiyini və bu tələblərə uyğun bacarıqlara malik mütəxəssislərə ehtiyacın artdığını qeyd edib. Agentlik sədri gənclərin erkən yaşlardan əmək bazarının tələbləri barədə məlumatlandırılmasının və onların peşə-bacarıq seçimlərinin düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop isə qlobal əmək bazarında baş verən transformasiyalara diqqət çəkərək, yeni şəraitdə gənclərin uğurlu karyera qurmaları üçün düzgün istiqamətləndirilmələrinin vacibliyini bildirib. Türkiyəli diplomat “PeşəFest”in işəgötürənlə işaxtaranı, nəzəriyyə ilə təcrübəni, gənclərin xəyalları ilə əmək bazarının reallıqlarını bir araya gətirməsi baxımından əhəmiyyətini qeyd edib.

Digər çıxışçılar peşə təhsilinin və bacarıqlarının əmək bazarına hazırlıq prosesindəki roluna diqqət çəkiblər. Bildirilib ki, təhsil müəssisələri, dövlət qurumları və işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanmasına imkan yaradır. “PeşəFest”in gənclərin müxtəlif peşələr üzrə praktiki məlumat əldə etmələrinə və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmələrinə şərait yaratdığı vurğulanıb.

Festival çərçivəsində müxtəlif peşə sahələrinin nümayəndələri ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib və iştirakçılara peşə seçimi ilə bağlı tövsiyələrini veriblər.

Qeyd edək ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq, eləcə də gənclərin düzgün peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri