Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

“Sabah”ın legioneri ehtiyatda qaldı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Peşəkar idarəetmənin uğurlu nəticəsi

Peşəkar idarəetmənin uğurlu nəticəsi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir Azərbaycan dövlətinin uğur salnaməsində idman xüsusi yer tutur. Bu, təkcə stadionlarda, arenalarda qazanılan qələbələrin tarixçəsi deyil. Bu, dövlət ağlının, siyasi iradənin və milli hədəflərin idman dili ilə ifadə olunan konseptual modelidir. 2025-ci ilin idman yekunları bir daha sübut etdi ki, Azərbaycanda idman sahəsində əldə olunan nailiyyətlər təsadüfi deyil, müdrik və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı bu siyasətin mahiyyətini, fəlsəfəsini və gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu. Bu çıxış idmana göstərilən qayğının sadə hesabatı yox, qalib dövlətin özünəinamlı baxışı idi. Azərbaycanda idmanın inkişafı artıq uzun illərdir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu xəttin təməlini Ulu Öndər Heydər Əliyev qoymuş, Prezident İlham Əliyev isə onu müasir çağırışlara uyğun şəkildə daha da inkişaf etdirmişdir. Bu gün idman sahəsində atılan hər addım dövlətin strateji planlamasına əsaslanır.

İdman infrastrukturu faktiki olaraq sıfırdan yaradılıb, ölkənin bütün bölgələrini əhatə edən geniş şəbəkə formalaşdırılıb. Gəncə və Yevlaxda istifadəyə verilən yeni Olimpiya İdman Kompleksləri ilə birlikdə bölgələrdə bu cür mərkəzlərin sayının 46-ya çatması regional bərabərliyin, sosial ədalətin və sağlam gələcək strategiyasının bariz nümunəsidir. Bu komplekslər yalnız idman obyektləri deyil, milli potensialın yetişdiyi ocaqlardır. 2025-ci il Azərbaycan idmanı üçün əsl zəfər ili kimi yadda qaldı. Beynəlxalq arenalarda 2000-dən artıq medalın, o cümlədən yüzlərlə qızıl medalın qazanılması ölkəmizin idman xəritəsində mövqelərinin nə qədər möhkəmləndiyini göstərir. Bu uğurlar Azərbaycan idmançısının əzminin, peşəkarlığının və dövlət dəstəyinin vəhdətindən doğur.
Bu gün Azərbaycan idmançısı beynəlxalq yarışlara təkcə fərdi ambisiya ilə deyil, qalib xalqın nümayəndəsi kimi çıxır. Dövlət Bayrağının yüksəldilməsi, Himnimizin səsləndirilməsi artıq sıradan mərasim yox, milli qürurun təntənəsidir. Bu qürurun arxasında isə dövlətin idmançıya göstərdiyi yüksək etimad və qayğı dayanır. Prezident İlham Əliyevin idman siyasətində əsas ideoloji xətt gənclərlə bağlıdır. Dövlət başçısının çıxışlarında dəfələrlə vurğulandığı kimi, sağlam gənclik olmadan nə idman uğuru, nə də davamlı dövlət inkişafı mümkündür. İdman gənclər üçün sadəcə fiziki fəaliyyət yox, intizam, məsuliyyət, vətənpərvərlik məktəbidir. Bu gün idman meydanlarında yetişən gənclər sabah dövlətin müxtəlif sahələrində söz sahibi olacaq nəsildir. Onların sağlam ruhda, milli dəyərlərə bağlı şəkildə formalaşması Azərbaycan dövlətinin gələcəyinə qoyulan ən etibarlı sərmayədir.
Azərbaycan artıq çoxdan regional idman ölkəsi çərçivəsindən çıxaraq qlobal idman mərkəzlərindən birinə çevrilib. III MDB Oyunlarının ölkəmizin müxtəlif şəhərlərində, o cümlədən Gəncə və Xankəndidə keçirilməsi təkcə idman hadisəsi deyil, siyasi və mənəvi məna daşıyan böyük mesaj idi. Bu oyunlar Azərbaycanın təşkilatçılıq bacarığını, infrastruktur imkanlarını və qonaqpərvərliyini bütün dünyaya nümayiş etdirdi. UFC turnirinin ilk dəfə Bakıda keçirilməsi, Formula 1 yarışlarının artıq ənənəyə çevrilməsi Azərbaycanın idman diplomatiyasının nə qədər güclü olduğunu göstərir. Yarım milyardlıq auditoriyaya malik bu yarışlar vasitəsilə dünya Azərbaycanı təhlükəsiz, müasir və dinamik inkişaf edən dövlət kimi tanıyır. Şahdağ Xizək Kurortunun sürətli inkişafı və burada keçiriləcək Dünya Kuboku yarışları Azərbaycanın idman siyasətinin nə qədər çevik və perspektivli olduğunu sübut edir. Bu, təkcə idman hadisəsi deyil, regional iqtisadiyyatın canlanması, turizmin inkişafı və yeni iş yerlərinin yaradılması deməkdir. Şahdağ modeli göstərir ki, idman Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz hissəsidir. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi isə Azərbaycan dövlətinə və onun idman siyasətinə verilən ən yüksək beynəlxalq qiymətlərdən biridir. Bu status illərin zəhmətinin, ardıcıl siyasətin və peşəkar idarəetmənin nəticəsidir. Azərbaycan bu ada təsadüfən deyil, əməyi və nəticələri ilə layiq görülüb.
Bu gün Azərbaycan idmanı təkcə medalların sayı ilə ölçülmür. O, dövlət gücünün, milli iradənin və gələcəyə inamın güzgüsüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idman siyasəti Azərbaycanın qələbə fəlsəfəsini arenalardan dünyaya daşıyır. Bu siyasət davam etdikcə, Azərbaycan Bayrağı daha çox yüksələcək, Himnimiz daha çox səslənəcək. Çünki bu ölkədə idman qayğı ilə başlayır, qələbə ilə tamamlanır.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see157

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see155

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri