Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Peşəkarlıq və fədakarlıq nümunəsi

Peşəkarlıq və fədakarlıq nümunəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın aqrar sənayesinin inkişaf tarixində peşəkarlığı, zəhməti və çoxillik fəaliyyəti ilə seçilən şəxslər xüsusi yer tutur. Belə insanlardan biri də ömrünün böyük hissəsini kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesinin inkişafı və keyfiyyət sistemlərinin formalaşdırılmasına həsr etmiş Xəlil Ələkbərovdur. İftixarla qeyd etmək olar ki, Xəlil Ələkbərovun keçdiyi şərəfli əmək yolu Azərbaycan kənd təsərrüfatı və emal sənayesinin inkişaf salnaməsində mühüm bir səhifə təşkil edir.

Xəlil Ələkbərov 40 il (1974–2014) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışmış, ölkəmizdə aqrarməhsullarının emal sənayesinin inkişafına böyük töhfələr vermişdir. Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin qurulub yaradılmasında yaxından iştirak edərək,ötən əsrin 70-ci və 80-ci illərində Azərbaycanın Sovetlər Birliyində meyvə-tərəvəz məhsullarının emal sənayesi üzrə aparıcı mövqelərə yüksəlməsində böyük xidmətlər göstərmişdir.  

Xəlil Ələkbərov Sovet Azərbaycanının Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışdığı dövrdə ölkəmizdə konserv məhsullarının istehsalı müəssisələrinin, şərab istehsalı zavodlarının formalaşmasında, şərabçılıq məhsullarının ixrac qabiliyyətinin artırılmasında mühüm işlər görmüşdür. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu istiqamətdə fədakarcasına çalışmaqda davam edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində ərzaq məhsullarının lisenziyalaşdırılması, keyfiyyət və standartlaşdırma sahələrinə rəhbərlik etmişdir.

Azərbaycanda qida məhsullarının müasir keyfiyyət tələbləri əsasında istehsalıvə bitki mühafizəsi üzrə dünyanın qabaqcıl standartlarınınölkəmizə gətirilməsi, yeni keyfiyyət normativlərinin və standartların işlənib-hazırlanması, meyvə-tərəvəz məhsullarının emalı, konservləşdirilməsi və şərabçılıq sahələrində yeni texnologiyaların tətbiqi, şərab istehsalı zavodlarının yenidən qurulmasına müstəsna töhfələr vermişdir.  

Azərbaycan müstəqillik qazandıqdan sonra Xəlil Ələkbərov ölkəmizdə fəaliyyəti dayandırılmış saysız-hesabsız istehsal müəssisələrinin, meyvə-tərəvəz istehsal edən konserv zavodlarının yenidən dirçəlməsi, şərabçılıq məhsullarının dünya ölkələrinə ixrac edilməsi məqsədilə müasir keyfiyyət göstəricilərində emal edilərək dünya bazarlarına çıxarılması prosesində dövlət dəstəyi çərçivəsində bir dövlət məmuru olaraq yaxından iştirak etmiş, istehsal müəssisələrində keyfiyyətə nəzarət laboratoriyaların qurulması, ixtisaslı texnoloqların yetişməsində yaxından iştirak etmişdir.  

Xəlil Ələkbərov 15 may 1951-ci ildə anadan olub, 1969-1974-cü illərdə Azərbaycan  Politexnik İnstitutunun  Texnologiya  fakultəsinin  «Konservləşdirmənin  texnologiyası»  ixtisasında təhsil alıb. Təyinatla  Xaçmaz rayonunun  Xudat  konserv  zavoduna  işləməyə  göndərilib, 1974-cü ildən  Xudat konserv  zavodunda  növbə  ustası  kimi  əmək  fəaliyyətinə  başlayıb. Burada işlədiyi müddətdə növbə  mühəndisi, növbə  rəisi, direktor müavini, direktor vəzifələrinə qədər yüksəlib.  

1980-ci  ildə Xaçmaz rayonu  rəhbərliyinin   təqdimatı  və Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyinin əmri ilə Xaçmaz  rayon  Aqrar-Sənaye  Birliyində  sənaye  emalı üzrə  rəis vəzifəsinə təyin edilib. 1981-ci ildən 2014-cü ilədək Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında və ölkəmizin bir sıra rayonlarında fəaliyyət göstərən konserv zavodlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.  

1980-1990-cu illərdə Nazirliyin rəhbərliyinin göndərişi əsasında Xaçmas, Sabiradab, Navahi, Lənkəran, Ağsu, Saatlı, Göyçay və digər rayonların konserv zavodlarına ezam edilərək, həmin müəssisələrdə istehsalat üzrə direktor vəzifələrini icra etmiş, Azərbaycanda ərzaq məhsullarının istehsalı və emalı üzrə yeni müəssisələrin, zavodların, istehsal prosesinin müasir texnologiyalar əsasında qurulub-yaradılması, keyfiyyətə nəzarət sistemlərinin tətbiqi və bu sahədə ixtisaslı texnoloqların yetişdirilməsi proseslərində bilavasitə iştirak etmişdir.   

1993-1995-ci  illərdə  Kənd Təsərrüfatı  Nazirliyi  Aparatının  Emal Sənayesi Baş idarəsində,  1995-1998-ci illərdə  Kənd Təsərrüfatı  Nazirliyi  Aparatının  Məhsulların keyfiyyəti və standartlaşdırma  idarəsində,  1998-2007-ci  illərdə Kənd  Təsərrüfatı  Nazirliyi  Aparatının   Ərzaq məhsullarının  keyfiyyəti,  standartlar  və lisenziya idarələrində rəhbər vəzifələrdə işləmişdir.  

Xəlil Ələkbərov dövlət orqanlarının struktur bölmələrində aparıcı və rəhbər vəzifələrdə çalışdığı müddətdə dövlətqulluğunda xidməti fəaliyyəti ilə fərqləndiyinə və ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafında verdiyi töhfələrə görə Azərbaycan Respublikasının “Dövlət Qulluğu haqqında” Qanuna müvafiq olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müvafiq əmrlərinə əsasən, dövlət qulluğunun kiçik müşaviri, daha sonra isə dövlət qulluğunun böyük müşaviri dərəcələrinə layiq görülmüşdür.  

O, 2014-cü ildə təqaüdə çıxmasına baxmayaraq, ölkəmizin bir sıra dövlət qurumları tərəfindən dəvətlər alaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya  və  Patent  üzrə  Dövlət Komitəsi, Azərbaycan  Standartlaşdırma  və  Sertifikatlaşdırma İnstitutunda məsləhətçi, ekspert-auditor,Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi  Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda Hüquq və normativ tənzimləmə departamentində şöbə müdiri vəzifələrində işləmiş, uzun illərin təcrübəli kənd təsərrüfatı peşəkarı kimi bu sahələrin inkişaf etdirilməsində öz səylərini əsirgəməmişdir.  

Xəlil Ələkbərovun ölkəmizdə kənd təsərrüfatının inkişafında çoxillik töhvələrinə, səmərəli əməyinə, fədakar zəhmətinə və misilsiz xidmətlərinə görə təşəkkür edir, onun 75 İllik Yubileyi münasibətilə ürəkdən təbrik edirik. Ona möhkəm can sağlığı, uzun ömür, məhsuldar əməyində yeni-yeni uğurlar arzulayırıq. Doğmalarının əhatəsində, hər zaman hörmət və izzətlə yaşamasını diləyirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri