Peskov: “Bu, böyük ekoloji fəlakətdir”
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Putin Qara dənizə mazut dağılması ilə bağlı vəziyyəti izləyir"
“Rusiya Prezidenti Vladimir Putin Qara dənizdə mazut dağılması ilə bağlı vəziyyəti izləyir”. AYNA xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov deyib ki, “problem prezidentin diqqət mərkəzində qalır”.
“Bu, böyük ekoloji fəlakətdir", - Kreml rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, məsul şəxslər çirklənmənin nəticələrinin aradan qaldırılması prosesi ilə bağlı dəfələrlə Prezidentə, Prezident Administrasiyasının rəhbərliyinə, hökumətə hesabat veriblər.
Daha əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi xilasedicilər və könüllülərin Qara dənizdə tankerin qəzaya uğramasından sonra mazutla çirklənmiş ərazilərin çox böyük olduğunu bildiriblər. Hazırda Qara dənizdə ekoloji vəziyyət pisləşməkdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 Dekabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















