Peskov: Jurnalistlərin saxlanılması Rusiya Azərbaycan münasibətlərinə uyğun deyil
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyalı jurnalistlərin Bakıda saxlanılması ümumi qəbul edilmiş normalara və ikitərəfli münasibətlərin ruhuna qətiyyən uyğun gəlmir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Söhbət məhz jurnalistlərdən gedir. Əlbəttə ki, KİV nümayəndələrinə qarşı bu cür tədbirlər ümumi qəbul edilmiş qayda və normalara, Rusiya-Azərbaycan münasibətlərinin ruhuna və xarakterinə qətiyyən uyğun gəlmir”, - Kreml sözçüsü qeyd edib.
Qeyd edək ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb. Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 01 İyul 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















