Icma.az
close
up
RU
Peskovun müharibə açıqlaması nə deməkdir? Ekspertdən şərh

Peskovun müharibə açıqlaması nə deməkdir? Ekspertdən şərh

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Qərb ölkələrinin münaqişəyə cəlb olunması fonunda "xüsusi hərbi əməliyyat" artıq faktiki olaraq müharibəyə çevrilib. Bu açıqlama Rusiya rəsmilərinin indiyədək istifadə etdiyi rəsmi terminologiyada diqqətçəkən dəyişiklik kimi qiymətləndirilir. Bəyanat beynəlxalq ictimaiyyətdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.Peskovun bu bəyanatı Rusiyanın Qərblə qarşıdurmanı daha açıq şəkildə etiraf etməsi kimi qiymətləndirilə bilərmi?

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu bəyanat müəyyən mənada Rusiyanın Qərblə qarşıdurmanın miqyasını daha açıq ifadə etməsi kimi şərh oluna bilər.

Bununla belə, burada terminologiyanın dəyişməsi ilə hüquqi statusun dəyişməsi arasında fərq qoymağın vacib olduğunu vurğulayıb.

“Peskovun "xüsusi hərbi əməliyyat artıq faktiki olaraq müharibəyə çevrilib" ifadəsi ilk növbədə onu göstərir ki, Moskva Ukraynadakı münaqişəni artıq təkcə Rusiya-Ukrayna qarşıdurması kimi deyil, Qərbin geniş hərbi, maliyyə və kəşfiyyat dəstəyi fonunda daha böyük geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi təqdim edir. Rusiya rəhbərliyi uzun müddətdir ki, NATO ölkələrinin Ukraynaya silah, kəşfiyyat məlumatı və təlim dəstəyi verməsini dolayısı ilə müharibədə iştirak kimi qiymətləndirir. Peskovun açıqlaması bu narrativi daha açıq şəkildə ifadə edir”, – deyə o bildirib.

Anar İsayev deyib ki, bununla yanaşı, bu bəyanat Rusiyanın Qərb ölkələrinə rəsmi müharibə elan etməsi və ya münaqişənin hüquqi statusunun dəyişdirilməsi demək deyil. Onun sözlərinə görə, Rusiya hələ də Ukrayna ilə bağlı rəsmi müharibə elan etməyib və "xüsusi hərbi əməliyyat" anlayışı ölkədaxili hüquqi və siyasi müstəvidə qüvvədə qalır.

“Bu cür açıqlamanın bir neçə məqsədi ola bilər:

Rusiya cəmiyyətinə münaqişənin uzunmüddətli və daha ağır xarakter aldığını izah etmək;

Qərbə siyasi mesaj vermək və qarşıdurmanın miqyasını vurğulamaq;

Gələcəkdə hərbi, iqtisadi və səfərbərlik xarakterli qərarların əsaslandırılması üçün ictimai rəyi hazırlamaq”, – deyə politoloq bildirib.

Politoloqun fikrincə, Peskovun bəyanatı Rusiyanın Qərblə strateji qarşıdurmanı daha açıq şəkildə dilə gətirməsinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Lakin bu, hüquqi baxımdan Rusiyanın Qərbə müharibə elan etməsi anlamına gəlmir. Bu, daha çox siyasi və informasiya müstəvisində verilmiş bir mesajdır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 İyul 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see278

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see269

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see264

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see251

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see249

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see249

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see241

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see232

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see230

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see226

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see221

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see221

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see218

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see211

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see208

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see206

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see204

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see197

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see197

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri