Petit: Mbappenin Real Madriddə dostu yoxdur
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa millisinin əfsanəvi futbolçusu Emmanuel Petit "Real"ın hücumçusu Kilian Mbappe barədə fikirlərini bölüşüb. 25 yaşlı fransız, klubunu dəyişdikdən sonra öz oyununu tapa bilmir.
News24.az xəbər verir ki, onun sözlərinə görə, bu mövsüm Mbappe öz səviyyəsindən çox uzaqdır.
"Mənə elə gəlir ki, Mbappe "Real Madrid"də çox tənhadır. Mən Bellinqhemin ona məhəl qoymadığını gördüm və deyəsən, Kilianın İspaniya klubunda heç bir dayağı və dostu yoxdur. O, media tərəfindən çox tənqid olunur, hazırda bir nömrəli "xalq düşməni"nə çevrilib.
Bu mövsüm Mbappe öz səviyyəsindən çox uzaqdır. Bilirəm ki, o, on qol vurub, amma bunlar sadəcə statistikadan başqa bir şey deyil", - deyə o bildirib.
Kilian Mbappe 2024-cü ilin yayında azad agent kimi "PSJ"dən ayrılaraq "Real Madrid"ə keçib. Hücumçu "Kral klubu"nun heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Ağa Dadaşzadə
Baxış sayı:75
Bu xəbər 06 Dekabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















