İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək?
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verrdiyimiz kimi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Xatırladaq ki, bir müddət öncə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ƏƏSMN-in tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək, nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə Nazirliyinə birləşdirilməsi daha məqsədəuyğun deyilmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında çox güman ki, gələcəkdə belə bir addımın atılacağını bildirib:
“Çünki TƏBİB-in təcrübəsi göstərdi ki, səhiyyə sistemini bir mərkəzdən idarə etmək daha məntiqlidir. Ayrı-ayrı öz səlahiyyəti olan qurumların olmasındansa, bir mərkəzdən idarə olunması daha məntiqəuyğundur. Ola bilsin ki, gələcəkdə icbari sığorta ilə bağlı da belə bir qərar qəbul olunsun”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: İcbari Tibbi Sığorta Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 19 Oktyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















