Petr Pavel İlham Əliyevə başsağlığı ünvanladı
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı ünvanlayıb.
Pravda.az xəbər verir ki, başsağlığında deyilir:
“Zati-aliləri.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi qəzası barədə xəbəri dərin hüznlə qarşıladım. Əminəm ki, bu dəhşətli hadisəyə səbəb olan bütün hallar hərtərəfli araşdırılacaq.
Bu kədərli məqamda yaxınlarını itirənlərə və bütün Azərbaycan xalqına Çex Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.

Çex Respublikasının Prezidenti Petr Pavel İlham Əliyevə başsağlığı verib
29 Dekabr 2024 12:43
Sadhquru İlham Əliyevə məktub ünvanladı
16 Noyabr 2024 17:13
Bərzani İlham Əliyevə məktub ünvanladı
07 Aprel 2025 19:03
Sadhquru Prezident İlham Əliyevə məktub ünvanladı
16 Noyabr 2024 17:28
Zurab Pololikaşvili İlham Əliyevə məktub ünvanladı
30 Dekabr 2024 20:12

