Icma.az
close
up
RU
Petro nadir metallarla bağlı razılaşmanı “Zelenskinin axmaqlığı” adlandırıb

Petro nadir metallarla bağlı razılaşmanı “Zelenskinin axmaqlığı” adlandırıb

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Kolumbiya prezidenti Qustavo Petro Ukrayna ilə ABŞ arasında mineral ehtiyatların işlənməsinə dair mümkün sazişin bağlanmasını “Vladimir Zelenskinin axmaqlığı” adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Petro "X" sosial səhifə hesabında Ukraynanın mineral ehtiyatlarla bağlı ABŞ-la razılığa gəldiyi iddia edilən xəbəri şərh edərkən qeyd edib.

“Onlar, ukraynalılar, slavyan qardaşları ilə vuruşurlar və nəticədə Ukraynanı amerikalılara verirlər. Bu, axmaqlıq! Zelenskinin axmaqlığı və mən bunu açıq şəkildə deyirəm ki, o, hara getdiklərini bilməyən qərbi avropalılar tərəfindən ya Hitlerə, ya da heç yerə getməmək üçün özünü manipulyasiya etməyə icazə verməsidir”, - Kolumbiya prezidenti əlavə edib.

Daha əvvəl “Financial Times” sazişin yekun variantına istinadla yazıb ki, Ukrayna ABŞ administrasiyası Ukraynanın investisiya fonduna təxminən 500 milyard dollar töhfə verməsi tələbindən imtina etdikdən sonra faydalı qazıntılar üzrə sazişin şərtləri ilə bağlı razılığa gəlib.

Qəzetin 24 fevral tarixli əldə etdiyi sənəddə Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən bəhs edilmir ki, bu da Kiyevdən sövdələşmənin şərtlərindən biri idi.

Fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Fevralın 12-də ABŞ-ın maliyyə naziri Scott Bessent Kiyevdə minerallar sazişinin mətnini Vladimir Zelenskiyə təhvil verib. Əvvəllər saziş bağlamağa hazır olduğunu bildirən Zelenski nə Bessentlə görüşdə, nə də daha sonra Münhendə ABŞ vitse-prezidenti J.D.Vance ilə danışıqlar zamanı sənədi imzalamayıb.

Zelenski iddia edib ki, təklif olunan versiyada təhlükəsizlik təminatları yoxdur. Lakin fevralın 21-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Zelenskinin yaxın vaxtlarda ABŞ ilə müqavilə imzalayacağını bildirib. Bundan sonra Zelenskinin ofisindəki mənbələr Ukrayna mediasına bildiriblər ki, sənədə yenidən baxılacaq məqamlar var.

Zelenskinin özü fevralın 23-də keçirdiyi mətbuat konfransında ABŞ-la sazişi “imzalamaq istəmədiyini” söyləyib, çünki onun sözlərinə görə, 10 nəsil ukraynalılar bunun əvəzini ödəyəcəklər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Fevral 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri