Ançelotti ilə bağlı ehtimal doğru çıxdı
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Karlo Ançelotti ilə bağlı ötən ilin son aylarında yayılan xəbər doğru çıxıb.
"Football-plus.az" xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (BFK) milli komandanın baş məşqçisinin gələcəyi ilə bağlı qərar qəbul edib.
“Globo”nun məlumatına görə, tərəflər müqavilənin müddətini 2030-cu ilin yayına qədər uzatmaq haqda şifahi razılığa gəliblər.
Fevralın ilk həftələrində italiyalı məşqçi ilə yeni müqavilənin imzalanması gözlənilir. Ançelottinin işinə davam etməsi ilə bağlı müzakirələr oktyabr ayında başlamışdı. O, artıq BFK tərəfindən müəyyən edilmiş şərtləri təsdiqləyib.
Qeyd edək ki, təcrübəli mütəxəssis milli komanda məşqçiləri arasında dünyada ən yüksək maaş alır: onun illik məvacibi təxminən 10 milyon avroya bərabərdi. Yeni müqavilə oxşar şərtlərlə bağlanacaq və qarşıya qoyulan hədəflərə çatmaq üçün bonuslar tənzimlənəcək.
Ançelottinin hazırkı müqaviləsinin müddəti DÇ-2026-nın sonuna qədərdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Yanvar 2026 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















