Icma.az
close
up
RU
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” İLAHİYYATÇIDAN AÇIQLAMA

“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” İLAHİYYATÇIDAN AÇIQLAMA

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar cəmiyyətdə yas mərasimlərində təşkil olunan ehsan süfrələrinin yığışdırılması ilə bağlı geniş müzakirələr aparılır.

Azərbaycanın bir neçə rayonunda artıq bu ənənənin dayandırılması ilə bağlı müzakirələr də var.

Müzakirələrdə bəziləri ehsan süfrələrinin artıq zəruri olmadığını və sosial yük yaratdığını vurğulayır.

Bəs əslində, ehsan süfrələri verilməlidirmi, yoxsa bu ənənə qanunla tamamilə qadağan edilərək yığışdırılmalıdır?

Gununsesi.info-ya açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib ki, müasir dövrün ictimai və iqtisadi reallıqları ehsan süfrələrinin bir çox ailələr üçün ciddi maliyyə yükünə çevrildiyini göstərir:

“İslam dini yas mərasimlərinin keçirilməsində əsas meyar kimi qürur, israf, əziyyət, riyakarlıq və göstəriş kimi niyyətləri qəti şəkildə qadağan etmişdir. Hətta Peyğəmbərimizin (s) və səhabələrin həyatına baxdıqda, yaxınını itirən şəxsin deyil, əksinə onun qonşularının və qohumlarının ona yemək aparması təşviq olunmuşdur. Bu da dinimizin nə qədər insan psixologiyasına və həyatın reallıqlarına uyğun bir din olduğunu göstərir.

Qurani-Kərimdə bu məsələyə dolayısı ilə toxunulub: “Ey Adəm övladları! Hər səfərdə zinətinizi geyin… Lakin israf etməyin! Həqiqətən Allah israf edənləri sevməz.”
(Əraf surəsi, 31)

Bu ayə göstərir ki, israf harada olur-olsun, harada adətə çevrilirsə, Allah qatında xoş qarşılanmır. Peyğəmbərimizin (s) mübarək bir hədisində isə bu məsələ daha konkret izah olunur: “Əbdullah ibn Cəfərdən rəvayət edilir ki, Allah Rəsulu (s) buyurdu: ‘Cəfərin ailəsinə yemək hazırlayın, çünki onlara məşğul olacaq bir hal gəlib.’”
(İbn Məcə, Cənazə, 161; Əhməd ibn Hənbəl, Müsnəd, III/195)

Bu hədis açıq şəkildə bildirir ki, yaxınını itirən ailənin özü yemək hazırlamamalı, əksinə ona yemək göndərilməlidir”.

İlahiyyatçı vurğulayıb ki, sünnəyə zidd olaraq, bir çox bölgədə meyit çıxan evdə günlərlə ehsan süfrələri verilir ki, bu da ailəni maddi, psixoloji, bəzən isə borc yükü altına salır:

yas

“Ənənəyə çevrilmiş bu hal, artıq dini mahiyyətini itirmiş və bir çox hallarda sosial yarışa, riyakarlığa, hətta cəmiyyətin təzyiqinə çevrilmişdir. Halbuki İslam dini təzyiq yox, rahatlıq, mərhəmət və şəraitə uyğunluq dinidir.

Alimlərin görüşünə gəlincə, İmam Nəvəvi, İbn Qüyyim, İmam Şafii və digər böyük alimlər qəbir əhli üçün yemək bişirilib camaata verilməsini məkruh hesab etmiş, bunu bidətə çevrilmə ehtimalı səbəbilə məsləhət görməmişlər. Hətta Hənəfi və Hənbəli fiqhində də bu məsələ açıq şəkildə tənqid olunmuşdur.

Müasir dövrün ictimai və iqtisadi reallıqları da göstərir ki, ehsan süfrələri bir çox ailələr üçün ağır maliyyə yükünə çevrilmişdir. Bir tərəfdə yoxsulluq və borc içində yaşayan ailələr, digər tərəfdə isə cəmiyyətin “nə deyərlər” təzyiqi – bu, islami baxımdan həm sosial, həm də mənəvi zərərdir.

Bu səbəblə, dövlətin və dini qurumların ehsan süfrələrinin könüllü şəkildə aradan qaldırılması ilə bağlı təşviqedici tədbirlər görməsi və bunun qanunla məhdudlaşdırılması deyil, maarifləndirmə yolu ilə tənzimlənməsi daha uyğundur.

Çünki İslamda niyyət əsasdır. Bir insan həqiqətən, sadəcə dua olunması üçün bir-iki nəfərə sadə bir qonaqlıq verirsə, bu, bəyənilən bir davranış ola bilər. Amma şöhrət, təmtəraq, adət, məcburiyyət, ayıb olmasın deyə verilirsə, bu artıq İslamın ruhuna ziddir.

Biz belə deyə bilərik ki, ehsan süfrələri tamamən yığışdırılmalı deyil, lakin israf və psixoloji-maddi zülmə çevrilən hallar qəti şəkildə aradan qaldırılmalıdır. Bunun üçün də maarifləndirmə, dini dəlillərin izahı və ictimai dəstək vacibdir.

Təəssüf ki, cəmiyyətimizdə bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur. Ehsan süfrələri tamamilə ləğv olunsa, həqiqətən də çox adam “nə yemək var ki, gedim?” düşüncəsi ilə yasa gəlməyəcək. Bu isə mərhumun ailəsinə mənəvi dəstək baxımından çatışmazlıq yarada bilər.

Amma bu fakt ehsan süfrələrinin qalmasının vacibliyini sübut etmir, əksinə bu problemin cəmiyyətin dini-mənəvi tərbiyəsi baxımından nə qədər ciddi olduğunu göstərir. Yas mərasiminə gəlmək – ölüyə hörmət, diriyə təsəlli vermək, ailəyə dua etmək üçündür, yemək üçün deyil. Əgər bu yanlış düşüncəni dəyişməsək, ehsan süfrəsini saxlasaq da, niyyət pozğunluğu davam edəcək.
Bu səbəbdən tamamilə yığışdırılma, qanunla qadağan olunma ideyası çox sərt qəbul edilə bilər. Bu, bəzilərində dini adətlərin yasaqlanması kimi də anlaşılacaq və əks reaksiya doğura bilər. Halbuki məqsəd insanlara dini adəti deyil, onun yanlış tətbiq formasını izah etməkdir”.

Əkrəm Həsənov təklif edir ki, ehsan süfrələri sadələşdirilsin və göstərişlərdən uzaqlaşdırılsın:

“İmkanı olan bir ailə bir fincan çay, bir xurma, bir sadə yeməklə də bu adəti icra edə bilər. Əsas olan niyyətdir, israfdan, riyadan, məcburiyyətdən uzaq qalmaqdır.

Əgər cəmiyyət bu maarifləndirməni düzgün qavrasa, ehsan vermək bir vaciblik və yarış deyil, bir seçim və səmimi niyyət olaraq qalar. Bu zaman ehsan verməyənə də qınama, tənə etmə mədəniyyəti dəyişər. Beləliklə, əsl dini ruh bərpa olar.

Belə düşünürəm ki, tamamilə yığışdırmaq deyil, təhlükəli və zərərli formaları aradan qaldırmaq lazımdır. İnsanlar yasa yeməyə yox, dua etməyə, başsağlığı verməyə, mənəvi birlik nümayiş etdirməyə gəlməlidir. Bu isə yalnız maarifləndirmə, dini liderlərin izahı və cəmiyyətin tədricən dəyişməsi ilə mümkündür. İslam dini göstəriş üçün olan adətləri deyil, məna və hikmət daşıyan davranışları təşviq edir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri