Icma.az
close
up
RU
“Ziyarətlər ibadət məqsədilə deyil, xarici ölkələrin maraqları üçün təşkil olunur” İLAHİYYATÇIDAN AÇIQLAMA

“Ziyarətlər ibadət məqsədilə deyil, xarici ölkələrin maraqları üçün təşkil olunur” İLAHİYYATÇIDAN AÇIQLAMA

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kərbəla ziyarətinə gedən zəvvarlar “Risalət Travel” şirkətinin rəhbəri tərəfindən Tbilisidə tək qoyulub, hər biri 600 dollardan çox pul ödədiyi halda geri qayıtmaq üçün əlavə xərc çəkməli olub.

Zəvvarlar öz imkanları ilə avtobus və minik avtomobilləri ilə Kərbəlaya çatmağa çalışıblar, geri dönüş biletləri isə hər biri üçün 970 manata başa gəlib.

Hadisə zamanı şirkət rəhbərinin həyat yoldaşı ərinin zəvvarları tək qoymasına görə məsuliyyəti etiraf edib, amma hadisədən xəbərsiz olduğunu bildirib.

Maraqlıdır, bu halda aidiyyəti qurumlar niyə hələ də məsələyə nəzarət etmir?

Mövzu ilə bağlı Gununsesi.info–ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, ziyarətlərlə bağlı məsələlərə ölkədə Qafqaz Müsəlmanları İdarəsi baxır və onların fəaliyyətinin bir sahəsi də məhz bu ziyarət məsələlərinə aiddir:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə adından da göründüyü kimi, dövlət qurumudur. Bu komitə ibadət, şəriət və ziyarət məsələlərinə birbaşa nəzarət və təşkil etməyə məsul deyil. Komitə yalnız tövsiyələr verə bilər və bəzi hallarda məsuliyyətin tətbiq olunmasına dəstək göstərə bilər. Qanunlar isə dövlətin digər strukturları tərəfindən qəbul olunur, Dini Komitə tərəfindən yox. Komitə bu qanunların icrasına dəstək verə bilər. Qafqaz Müsəlmanları İdarəsi isə müstəqil bir qurum, qeyri-hökumət təşkilatı olduğundan, fəaliyyəti digər dövlət qurumlarından fərqlidir.

Təəssüf ki, ziyarət məsələlərindəki problemlər, o cümlədən Həcc ibadətinin yerinə yetirilməsi zamanı qiymətlərin yüksək olması, narazılıqların yaranması və hər yoldan keçəni Həccə aparmaları və s. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətinə aiddir. Lakin onlar bu məsələləri ya tənzimləyə bilmir, ya da maddi maraqları səbəbindən tənzimləmirlər. Məsələn, ehsanların yığışdırılması və israfçı süfrələrin ləğvi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ciddi müqavimət göstərir və maneələr yaradır. Bunun səbəbi onlara bağlı bəzi mərasim evləri və təmtəraqlı ehsan yerlərinin mövcudluğu, həmin yerlərdən maddi gəlir əldə edilməsidir”.

Tural İrfan vurğulayıb ki, Həcc və Kərbəla, Məşhəd ziyarətləri Qafqaz Müsəlmanları İdarəsi və ya onlara bağlı şəxslər tərəfindən təşkil olunur:

“Digər tərəfdən, bu ziyarətləri təşkil edən şəxslərə və qurumlara lisenziya verən qurum da məsuliyyət daşıyır. Lakin onlara kifayət qədər nəzarət yoxdur və bu, ciddi təhlükə yaradır. Əgər bir şəxs bir çox insanı aldadırsa, demək ki, bu iş risklidir və necə nəzarət olunması vacibdir, çünki həmin şəxslər insanları təhlükəli yerlərə də aparmaq imkanına malik ola bilərlər.

Ona görə mən hesab edirəm ki, bu artıq dini idarələrin işi deyil. Bu, bir tərəfdən dini idarələrin üzərinə düşən məsuliyyət olsa da, digər tərəfdən insanların həyat təhlükəsizliyi məsələsi önəmlidir. Bilirsiniz ki, Kərbəla və Məşhəd ziyarətləri əsasən İrana bağlı şəxslər tərəfindən təşkil olunur və bu, müəyyən mənada İranın bir propaqandasıdır. İnsanlara endirimlər və xüsusi imkanlar təklif olunur, müxtəlif şəxslər onların başına təyin edilir. Bu müddət ərzində insanların düşüncələri təsir altına alınır və ziyarət zamanı təhlükəli fikirlərə cəlb olunurlar, din pərdəsi altında. Apardıqları yerlərdə, məsələn, İraq və İran daxil olmaqla, insanlara xüsusi təlimlər keçirilir və onların düşüncələri başqa istiqamətə yönləndirilir. Hətta bəzi məlumatlara görə, onlar xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunurlar.

Ona görə bu ziyarətlər artıq sadəcə ziyarətlikdən çıxıb və təhlükəli məsələyə çevrilib. İran dini məsələləri siyasiləşdirib və dini təsiri öz dövlətçiliyini müdafiə etmək üçün bir qalxana çevirib. Bu nüfuzu digər ölkələrə, o cümlədən Azərbaycana qarşı da vasitə kimi istifadə edir. Bu baxımdan məlumdur ki, ziyarət və ibadət məsələlərində insanları mütəmadi şəkildə aldadırlar.

 İran yönümlü və onlara bağlı şəxslər üçün insanları aldatmaq, məhv etmək və etibarından sui-istifadə etmək önəmli deyil. Onlar bunu nə imam, nə peyğəmbər, nə də Allah üçün edirlər. Ziyarətlər ibadət məqsədilə deyil, siyasi məqsədlərlə və xarici ölkələrin maraqları üçün təşkil olunur. Təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsi də ya bu işlərə göz yumur, ya şərait yaradır, ya da bu məsələləri tənzimləməyə qadir deyil. Ola bilsin ki, həmin insanlardan müəyyən mənfəət əldə edirlər və münasibət bildirmirlər”.

İlahiyyatçı qeyd edib ki, belə hallar mütəmadi baş versə də, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən nə bəyanat, nə tövsiyə, nə də tənqidi açıqlama verilir:

“Sanki heç  belə bir qurum yoxdur. Bu isə o deməkdir ki, artıq bu məsələləri tənzimləmək iqtidarında deyillər. Əksinə, məsələləri boyunlarından götürərək daha da problem yaratmağa və başqalarının bu məsələləri həll etməsinə mane olmağa çalışırlar. Belə insanlar çoxdur, onlar insanların etibarından sui-istifadə edən və onları aldadan şəxslər.

Hesab edirəm ki, başda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi olmaqla, bir araya gələrək bu halların qarşısını almaq üçün birgə memorandum imzalamalı və vahid mövqeyə gəlməlidirlər ki, insanlar çaşqınlıq içində qalmasın və idarələri günahlandırmasınlar.

Bu məsələ digər ölkələrdə olduğu kimi tənzimlənə bilər, hətta Afrika ölkələrindəki praktikaya uyğun olaraq stabil şəkildə ziyarət məsələləri həyata keçirilə bilər.

Ancaq Qafqaz Müsəlmanları İdarəsi, təəssüf ki, hətta Afrika ölkələrindəki qurumlardan da daha səmərəsiz fəaliyyət göstərir. İllərdir ölkəmizdə orucluq, Məhərrəmlik, Qurban bayramının vaxtı, ayın çıxması və batması, həmçinin Həcc ziyarəti, Kərbəla və Məşhəd ziyarətləri ilə bağlı problemlər yaşanır. İnsanlar çaş-baş qalır, yarı İrana, yarı İraqa, yarı isə başqa mənbələrə təqlid edirlər. Bütün bunlar həmin idarənin məsuliyyətidir. İldə onlara təxminən 2 milyon manat ayrılır, yetərincə işçiləri və şəraitləri var. Amma fəaliyyəti sıfıra bərabərdir, hətta sıfırdan da aşağıdırı. Çünki fəaliyyətsizlikləri ilə problemlər yaradırlar və heç bir işi nizamlaya, tənzimləyə bilmirlər.

Yəni, lazım gəlsə, kimin haqqında tədbir görmək üçün güc qurumlarına müraciət edə bilərlər. Həmçinin, öz təhlillərini ortaya qoymalıdırlar”.

Tural İrfan hesab edir ki, bu işin nizamlanması və bu kimi məsələlərin yoluna qoyulması üçün həmin idarənin təşəbbüsü vacibdir.

“Ona görə ki, bu idarə qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir və ibadət, ziyarət, pirlər məsələlərinə cavabdehdir. Azərbaycanda din dövlətdən ayrıdır, yəni dövlət qurumu Kərbəlaya ziyarətə adam aparmaqla məşğul olmur.

Qeyri-hökumət təşkilatları və turizm şirkətləri, məsələn, belə ziyarətləri təşkil edən qurumlardır. Lakin bu məsələlərdə məsuliyyət Qafqaz Müsəlmanları İdarəsinə aiddir. Ona görə hesab edirəm ki, öncə onlar tədbir görməlidir. Əgər tədbir görə bilmirlərsə, onda özləri haqqında tədbir görülməlidir ki, niyə bu işi tənzimləmirlər”-deyə ilahiyyatçı fikirlərini yekunlaşdırıb”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri