Icma.az
close
up
RU
Peyğəmbərlər dini, yoxsa siyasi lider funksiyasını daşıyıb? İlahiyyatçıdan AÇIQLAMA

Peyğəmbərlər dini, yoxsa siyasi lider funksiyasını daşıyıb? İlahiyyatçıdan AÇIQLAMA

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Din dövlətdən ayrı olmalıdır. Çünki dini dövlət işinə qarışdıranda artıq din siyasiləşir. Siyasiləşən dininsə mahiyyəti dəyişir, tam təhrif olunur. Amma çox təəssüf ki, bir sıra dövlətlər özünü islam dövləti elan edib. Halbuki, həmin dövlətlərdə idarəetmə sistemi islam dəyərlərindən çox-çox uzaqdır. Dini siyasətə alət etmək dini içindən çürütməkdir. Siyasət dəyişir, münasibətlər dəyişir. Ancaq dinin əsası, özəyi, əsas prinsipləri dəyişmir. Siyasəti dinə, dini də siyasətə qatmaq, alət etmək olmaz”.
Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, Qurana görə Misirdə hakimiyyətdə olan Firon özünü tanrı, yer üzünün sahibi elan etmişdi:
“Bu, bəzi qədim papiruslarda, qayaüstü yazılarda da əksini tapır. Musa peyğəmbəri də Allah göndərdi ki, Fironla xoş danışaraq onu düz yola dəvət etsin... Musa ilə Fironun mücadiləsi hakimiyyət, siyasət davası deyildi, bir inanc məsələsi idi, Qurana görə. Yaxud, Yusif peyğəmbər Misirdə digər fironun vəziri yaxud maliyyə naziri, xəzinədarı idi. O, ədalətlə bu vəzifədə çalışırdı və rəhbəri ondan, o da rəhbərindən razı idi. Bəyəm Yusif haçansa hakimiyyəti ələ almağa cəhd etmişdi? Xeyr!”.
Kimlər dini siyasi alətə çevirib?
Müsahibimiz bununla bağlı qeyd edib ki, Sasani imperiyasının qalıqları olan millətçi farsların müsəlman cildinə girib İslamı içəridən məhv etmək, İslam hakimiyyətini ələ keçirmək planı ilə, əsasən “Əhli-Beyt” şüar edib yaratdıqları siyasi məzhəb - təşkilatların əsas ideoloji baxışına görə peyğəmbərlər mütləq siyasi hakim olublar və yaxud olmalı idilər:
“Hələ sonuncu Peyğəmbərdən sonra da İmamlar silsiləsi gəlir ki, onlar da mütləq siyasi rəhbər təyin ediliblər... Bu gün fars rejiminin dünyada apardığı mübarizə də bu ideya naminədir ki, həmin İmamlara vaxtında hakimiyyətə gəlməyə imkan verməyiblər, indi heç olmasa sonuncu qeybdə olan İmam üçün şərait yaratmaq lazımdır ki, o gəlib dünyaya siyasi hakim olsun.
Təbii proseslərin gedişinə uyğun olaraq bir neçə peyğəmbər və imam eyni zamanda dövlət başçısı da olub. Davud və Süleyman peyğəmbərlər yəhudi kralları sırasındadır. Ancaq bu o demək deyil ki, peyğəmbərlərin hamısı hakimiyyətə gəlməli idi. Peyğəmbərlik missiyası ümumiyyətlə mənəvi liderliyi, inac və etiqadı, əxlaqi dəyərləri yer üzündə yaşatmağı özündə ehtiva edən prinsiplər əsasında təyin edilir.
Siyasi rəhbərlik peyğəmbərlər üçün hədəf olmayıb.
Yaxud Əhli-Beyt imamlarından İmam Əli və oğlu Həsənin qısa müddət xilafətə başçılıq etmələri əsas vermir ki, həmişə hər yerdə siyasi rəhbərlik müəyyən şəxslərə verilməli idi. Bəyəm İmamın hədəfi, missiyası hakimiyyət uğrunda idi?! Əsla, belə deyil. Bu, onların ali, mənəvi liderlik missiyalarına xələl gətirən, ilahi, mələkuti dərəcələrini aşağı endirən fikirdir”.
Tural İrfan bir ibrətamiz faktı da xatırladıb:
“Həzrət Muhəmməd təzə peyğəmbərliyə başlayanda Məkkə hakimləri ona başçılıq təkilf etdilər, o qəti olaraq rədd etdi. Xəlifə Osmanın öldürülməsindən sonra İmam Əlinin başına yığışıb onu siyasi rəhbərliyə məcbur etdilər. O, hər nə qədər uzaq durmaq istəsə də, xaos baş verməsindən, anarxiya yaranacağından qorxaraq məcburiyyət qarşısında razı oldu. Nəticəsi də məlumdur.
Quranda siyasi hakimiyyətə, ümumiyyətlə siyasətə az yer verilməsinin əsas səbəbi bu kitabın hədəfinin dünya deyil, axirət olduğunu sübut edir. Sadəcə şuradan bəhs edilir, ədalət təkid edilir, müsəlmanların öz işlərini məşvərət əsasında etmələri tövsiyyə olunur. Yoxsa bu prinsiplərdən kənar ideoloji sistemlər üzrə baş tutan icraatlar da küfr hesab edilmir, qadağan olunmur. Əks halda birinci xəlifənin seçki ilə, ikinci xəlifənin isə vəsiyyətlə, üçüncü xəlifənin yenə şura ilə, dördüncünün yenə seçki ilə, beşincinin isə rəylə təyin olunması baş verməzdi”.
Din siyasi ideologiya deyil, mənəvi yoldur.
İlahiyyatçı hesab edir ki, din inanc və əxlaq xəritəsidir:
“Siyasi ideyalar, tələblər, prinsiplər coğrafiyalara, zamana, dövrə, şəraitə görə dəyişə bilir, tənəzzülə və təkamülə yaxınlaşır. Dinin əsli isə dəyişsə bu təhrif sayılır, əsas özəlliyini itirir. Din müqəddəs qalmalıdır.
Quranda əmr olunur ki, Allaha, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə tabe olun. Bu barədə Nisa surəsi, 59-cu ayədə deyilir: 
"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə itaət edin."
İslam burada xaosun, anarxiyanın qarşısını alır, ölkə rəhbərliyinə tabe olmağı vacib sayır. Yaxud rəhbərin yalnız Peyğəmbər yaxud İmam olmasını şərt qoymur.
Hərçənd ki, sonralar bu ayələri fars Sasani ideoloji xəttini İslam içində yaşadanlar qədim fars şahlarının soy prinsipini, yarı tanrılaşmış obrazlarını məzhəb əsası kimi qəbul etdilər və əmr sahiblərinin yalnız Peyğəmbər soyundan olan İmam olması fikrini irəli sürdülər. İmamın obrazını da Tanrının obrazı qədər ilahiləşdirib qeybi bilən, yaradan, məsum və Allaha məxsus başqa sifətlər şamil etdilər. Quranı da sırf siyasət kitabına çevirdilər. İslam dininin də cahanşümül dəyərlərini məhdudlaşdırıb adi bir siyasi partiya nizamnaməsi səviyyəsində təqdim etdilər.
Bunun hamısı farsların dini siyasi alət edərək öz imperiyalarının heç olmasa ideoloji sərhədlərini bərpa etmək amacından doğurdu.
Halbuki Quranda Allah açıq aşkar göstərir ki, bu kitab müttəqiləri doğru yola çəkən hidayət kitabıdır, siyasət kitabı deyil”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:310
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri