Icma.az
close
up
RU
“İslam dövlət qurmağa yox, mənəviyyata çağırır” İLAHİYYATÇIDAN AÇIQLAMA

“İslam dövlət qurmağa yox, mənəviyyata çağırır” İLAHİYYATÇIDAN AÇIQLAMA

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

İslam dini əsrlər boyu mənəvi dəyərlərin və ədalətin təbliği olmuşdur. Lakin təəssüf ki, son zamanlar İslamın mahiyyəti siyasi maraqlar üçün təhrif edilir və dini ideologiyaya çevrilir.

Bu vəziyyət dinin öz ruhuna zidd olan qütbləşmələrə və anlaşılmazlıqlara yol açır.

Bəs biz İslamın həqiqi mahiyyətini və mənəvi mesajını necə düzgün anlaya bilərik?

Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan mövzunu belə şərh edib:

“Bəzən elə olur ki, Həzrət Peyğəmbər siyasi hökumdar kimi təqdim olunur. Halbuki o, Qurana əsasən hökmdar deyil, mənəviyyat daşıyıcısı, mənəvi cəmiyyət qurmaq üçün göndərilmiş şəxsdir. Lakin bu gün, xüsusilə İranda, İslam dini təhrif edilərək dini siyasiləşdirilir, xurafata bulaşdırılır və ideoloji sistemə çevrilir. Peyğəmbər və onun soyunu fars şahları kimi ilahiləşdirir, imamlar, müctəhidlər və vilayət fəqihlərdən ibarət uydurma silsilələr qururlar. Bu yanaşmalar İslamın mahiyyətinə və dinin özünə ziddir. Halbuki din özü layiqli cəmiyyət quruluşunu inkar etmir.

İslam dini heç vaxt dini dövlət qurmaq məqsədi ilə göndərilməyib. Peyğəmbər Məkkəyə gəldikdə hakimiyyət istəmədi; Ona rəhbərlik və sərvət təklif edilsə, belə o, qəbul etmədi. Məqsəd hakimiyyət yox, mənəvi dəyərləri bərpa etmək idi. Musa Peyğəmbərin Fironla mübarizəsi də siyasi deyil, azğınlığa və zülmə qarşı mənəvi mübarizə idi. O, Fironun yerinə rəhbər olmaq istəmədi, sadəcə haqqı təbliğ etdi. 124.000 Peyğəmbərin göndərilmə səbəbi insanları Allaha inanmağa, düzgün əməllərə və mənəviyyata dəvət etməkdir”.

İlahiyyatçı vurğulayıb ki, təəssüf ki, bu gün bir çox İslam ölkəsində İslam siyasiləşir:

“Boşluq yaranan kimi, uydurma din tərəfdarları – ruhani seqtalar – dərhal meydana çıxaraq layiqliyi inkar edir və şəriət dövləti tələb etməyə başlayırlar.

Peyğəmbərlər arasında yalnız iki nəfər – Davud və Süleyman – hökmdar olub. Yəhudilər onları Peyğəmbər kimi qəbul etməsələr də, İslamda onlar da Peyğəmbər sayılır. Yəni Peyğəmbərlər siyasi mübarizə aparmaq üçün deyil, haqqı, ədaləti və mənəviyyatı təbliğ etmək üçün göndəriliblər. Təəssüf ki, bu gün bir çox İslam ölkəsində İslam siyasiləşir. Boşluq yaranan kimi, uydurma din tərəfdarları – ruhani seqtalar – dərhal meydana çıxaraq layiqliyi inkar edir və şəriət dövləti tələb etməyə başlayırlar.

Şəriət dövləti dedikdə nə nəzərdə tutulur? İŞİD-in qurduğu “dövlət”, Əfqanıstandakı rejim, yoxsa İran modeli? Bunların heç biri gerçək şəriət nümunəsi deyil. Tarixdə belə model yoxdur. Orta əsr Osmanlı və Səfəvi dövlətləri dövrün tələblərinə uyğun dini hüquq sistemindən istifadə ediblər, amma bu, dini dövlət demək deyildi. İndi isə 1400 il əvvəlki sistemi müasir dövrə tətbiq etmək, din adı ilə təqdim etmək cəmiyyətdə nifrət və qütbləşmə yaradır, bu isə təhlükəlidir və dinin mahiyyətinə ziddir”.

Tural İrfan deyir ki, bu gün dünyəvi və layiqli dövlətlərdə dinə və tolerantlığa yer verilir, bu da yetərlidir:

“Hətta çox vaxt xurafatçı və radikal təbəqələrin pozduğu nizamı məhz bu dünyəvi sistemlər bərpa edir. Məsələn, ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaları bir araya gətirməsə, tolerantlıq və qarşılıqlı hörmət mühiti yaranmasa, vəziyyət nəzarətdən çıxa bilər. Nəzarətsiz qalan bəzi qruplar İraq və Suriya kimi acınacaqlı vəziyyətlərə yol açar.

Ona görə də bu məsələləri özbaşına buraxmaq olmaz. Hansı şəriət dövlətindən danışırıq – sünni dövləti qurub şiyəni qırmaq, yoxsa şiyə dövləti qurub sünnini? Tarixdə bunun acı nümunələri var. Hansını qurmaq istəyirsən? Əvvəl bir model ortaya qoymusan? İslahat və reformaya əsaslanan müasir İslam modeli yoxdur. Deyək ki, şəriət modeli qurmaq istəyirlər – müasir dövrə uyğun belə sistem yoxdur. Yenə də köhnə üsullarla, kranla adam asmaq kimi yollar təklif olunur. Təəssüf ki, Quranın mahiyyəti sadəcə elə Quran olaraq qalıb”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 İyul 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri