Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkəsinə qarşı hücumlarının qlobal enerji təhlükəsizliyinə və dünya iqtisadiyyatına zərər vurduğunu bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Pezeşkian bu barədə Rusiyanın paytaxtı Moskvada, Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci sammitində çıxışı zamanı danışıb.
O qeyd edib ki, İranın enerji infrastrukturunun dağıdılması və enerji resurslarının tranzitinə süni maneələrin yaradılması dünya iqtisadiyyatı üçün birbaşa təhlükədir.
İran prezidenti ABŞ-ın ölkəsinə qarşı sanksiyalar tətbiq etdiyini, eləcə də dəniz və hava blokadası həyata keçirdiyini iddia edib. O, bu tədbirləri "iqtisadi terror” adlandıraraq, beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirib.
Pezeşkianın sözlərinə görə, ABŞ-ın Fars körfəzindəki hərbi fəaliyyəti enerji bazarlarında qeyri-sabitliyə və kəskin qiymət sıçrayışlarına səbəb olur, enerji təchizatını pozaraq qlobal iqtisadi artıma mənfi təsir göstərir.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Oktyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















