Icma.az
close
up
RU
Pezeşkian digər İran rəhbərlərindən fərqli olaraq Azərbaycana düşmən gözü ilə baxmır

Pezeşkian digər İran rəhbərlərindən fərqli olaraq Azərbaycana düşmən gözü ilə baxmır

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkian Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşündə Zəngəzur dəhlizi ilə bağlı bildirib ki, qonşu ölkələrlə münasibətlər sərhəd maneələrinin aradan qaldırılması və iqtisadi inteqrasiya çərçivəsində qurulmalı, həssaslıqlar azaldılaraq konstruktiv əməkdaşlıq genişləndirilməlidir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, İran prezidentinin bu çıxışı yeni bir reallıqdır:

"İndiyə qədər İran tərəfi həmişə Azərbaycana yönəlik sərt bəyanatlar sərgiləyirdi və Zəngəzur dəhlizinin açılmasını özlərinin qırmızı xətti hesab edirdilər. Ancaq Məsud Pezeşkianın Azərbaycana məlum səfəri, Xankəndidə aparılan görüşlər, Şuşada baş tutan üçtərəfli görüş, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olan görüşlər müsbət nəticəsini verib. Məsud Pezeşkian başa düşür ki, həmin dəhlizin ordan keçməsi mütləqdir və bu dəhliz nə İranın, nə də Ermənistanın milli suverenliyinə maneə törətmir. Əksinə, İran və digər qonşu ölkələr üçün bu dəhliz çox effektlidir və iqtisadi cəhətdən səmərəlidir.

Onun belə normal çıxışı və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə keçirdiyi söhbətdə qonşularla normal münasibətlərin qurulması, sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatın bir-birinə bağlanması kontekstində məsələyə yanaşması çox maraqlıdır və bu, real görünür. Orada bildirib ki, konstruktiv qarşılıqlı əlaqələri genişləndirmək lazımdır və ciddi sərt bəyanatlardan çəkinmək daha faydalı olar. Xüsusilə bu, İranın Ermənistandakı səfiri Mehdiyə daha çox aiddir. Çünki o, tez-tez öz səlahiyyətinə uyğun olmayaraq dövlət başçısı və ya xarici işlər naziri səviyyəsində bəyanatlar verir və bu da qıcıq yaradır".

Politoloq bildirdi ki, Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir:

"İran prezidenti belə fikir bildirirsə, bu, reallığın göstəricisidir. Bunun əsas səbəblərindən biri də Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, daha sonra Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərdir. Bu görüşlərdə Paşinyana həmin yolun açılmasının vacibliyi izah olunub. Bu yol təkcə Azərbaycan və Türkiyə üçün deyil, Ermənistan üçün də həm gəlir gətirəcək, həm də onun təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda Ermənistanın iqtisadiyyatına böyük töhfələr verəcək.

Bu addım nəticəsində Ermənistanın Türkiyə ilə yolları, Azərbaycanla kommunikasiya xətləri açılacaq. Ermənistan blokadadan çıxacaq və inkişaf edəcək. Bu kontekstdə İranla münasibətlər də yaxşılaşacaq".

Elşad Həsənov əlavə etdi ki, Pezeşkianın hakimiyyətə gəlməsindən sonra atdığı addımlar, Azərbaycana yönəlik mesajları, Azərbaycandakı çıxışları və Azərbaycan dilində şeir deməsi onun Azərbaycana olan bağlılığını və müsbət münasibətini göstərir və İran prezidenti olsa da, digər rəhbərlərdən fərqli olaraq Azərbaycana düşmən gözü ilə baxmır.

"Bu çıxış çox müsbət addımdır və İranda da müsbət qarşılanacaq. Bəzi revanşist qüvvələr, xüsusilə SEPAH nümayəndələri bu çıxışı birmənalı qarşılamaya bilər. Ancaq artıq buzlar əriyir və Zəngəzur dəhlizinin açılması reallığa çevrilir", - deyə politoloq qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri