Icma.az
close
up
RU
Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Bakupost saytına istinadən Icma.az xəbər verir.


İran Prezidenti Məsud Pezeşkianın qonşu ölkələrə endirilən zərbələrlə bağlı üzr istəməsi və bundan sonra İrana təhdid olmayacağı halda zərbə endirilməyəcəyi barədə açıqlaması müzakirələrə səbəb olub.


Bakupost.az xəbər verir ki, Pezeşkianın birbaşa ad çəkməməsi onun ümumiyyətlə Azərbaycanı nəzərdə tutmadığı haqda iddialara yol açıb.

Əslində, Pezeşkianın daha çox ərəb ölkələrinə, Körfəz dövlətlərinə müraciət etdiyini düşünmək üçün əsaslar var. Çünki İranın Körfəz ölkələrinin mülki infrastrukturuna zərbə endirməsi təkzib edilmir və bu, nadir fakt da deyil. 28 fevraldan ABŞ və İsrail qüvvələrinin İrana hücumu başlayandan sonra İran qonşu ərəb ölkələrinə, xüsusilə hava məkanın Tehranın düşmənləri üçün açan və ərazisində ABŞ bazaları olan dövlətlərə zərbələr endirir.

Ötən gün isə Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışarkən Naxçıvana hücumu qətiyyətlə təkzib etmiş və bunu iki ölkə arasında münasibətləri pozmağa çalışanların işi adlandırmışdı.

Göründüyü kimi, Pezeşkian ərəb ölkələrinin mülki infrastrukturuna hücum edildiyini təsdiqləyir, Azərbaycana hücumu isə təkzib edir. Bu baxımdan üzrxahlığının Azərbaycana ünvanlanmadığını iddia edənlərin arqumenti var.

Amma burada digər məqamlar da mövcuddur. Prezident İlham Əliyev Naxçıvana hücumla bağlı TŞ-nin iclasında məlumat verdi ki, İran Livandan diplomatlarının təxliyə olunmasını xahiş edib və Azərbaycan Prezidenti dərhal təyyarə göndərilməsini, bütün xərclərin isə Azərbaycan tərəfindən çəkilməsini tapşırıb.

Eyni zamanda, İlham Əliyev yeganə prezidentdir ki, İran dini liderinin ölümü ilə bağlı səfirlikdə təşkil edilən mərasimə qatılmışdı. İlham Əliyev bunu da iclasda xüsusi vurğuladı.

Bundan əvvəl, 1 martda isə İran XİN başçısı Abbas Arakçı azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng etmişdi. Bu zəngdən sonra C.Bayramov çoxsaylı həmkarı ilə danışıqlara başlamışdı. Məhz o ərəfədə də Məsud Pezeşkianın “region ölkələrindən məsələnin həlli üçün vasitəçilik etmək istəyənlər var” deyərkən, əlbəttə ki, Türkiyə və Azərbaycanı da nəzərdə tutduğu şübhəsiz idi.

İran hökuməti, Nazirlər Kabineti, başqa sözlə, Pezeşkian komandası ilə Azərbaycan siyasi elitası arasında yaxşı əlaqələrin olduğu və Azərbaycanın siyasi-diplomatik yardıma da çalışdığı ortadadır.

Hətta Prezident İlham Əliyev bütün riskləri göz altına alaraq, İran səfirliyinə gedən yeganə prezident kimi də tarixə düşməyi bacardı, baxmayaraq ki, ABŞ və İsraillə çox yüksək münasibətlər mövcuddur və həm Tramp, həm də Netanyahu Əliyevə böyük ehtiramlarını hər zaman nümayiş etdiriblər. Trampın isə Ağ Evdə kreslosunu şəxsən çəkməklə hörmətini açıq şəkildə göstərdiyi iki liderdən biridir İlham Əliyev.

İlham Əliyevin o qədər sərt və əsəbi, ağır ifadələrlə reaksiya verməsinin səbəbi də budur: ABŞ-la münasibətlərdə qırılmalar ola biləcəyini göz altına alaraq, inanılmaz jest edir, əvəzində isə Naxçıvana hücum baş verir.

Yeri gəlmişkən, hər kəs Pezeşkianın İlham Əliyevlə yüksək səviyyədə şəxsi münasibətlərinin olmasına söykənərək, İran prezidentinin hadisə ilə bağlı niyə zəng etmədiyinə təəccüblənməklə məşğuldur.

Amma deyəsən heç kəs nəzərə almaq istəmir ki, Pezeşkianın zəng təşəbbüsü Azərbaycan tərəfindən mənfi cavablandırıla da bilər. Çünki 5 martda, hücumdan bir neçə saat sonra Abbas Arakçı Bayramova zəng etmiş və hadisə ilə bağlı araşdırma başladıldığını bildirmişdi.

Məhz bu baxımdan Pezeşkianın bugünkü açıqlaması incələnməlidir. Pezeşkian sözlərinə “dünən” deyərək başlayır. Demək, Müvəqqəti Rəhbərlik Şurası Naxçıvana dron hücumundan sonra toplanıb və qərar qəbul edib. Əgər doğrudan da Azərbaycan nəzərdə tutulmurdusa, niyə Müvəqqəti Rəhbərlik Şurası dünən - 6 martda, Naxçıvan aeroportuna hücumdan cəmi bir gün sonra qərar verdi?

“Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq”, - deyir Pezeşkian.

Burada böyük ölçüdə mesaj birbaşa Azərbaycana ünvanlanıb.

“Hücumlar İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edilib” sözünün isə tamamilə Azərbaycana ünvanlandığına yəqin ki, kimsə şübhə etməz.

Sanki Azərbaycana incikliyi kənara qoymaq xahiş edilir və izahat verilir ki, dron hücumundan xəbərsizdir, ordu və yaxud İranı faktiki olaraq idarə edən SEPAH bunu öz təşəbbüsü ilə həyata keçirib.

Pezeşkianın Müvəqqəti Rəhbərlik Şurasının qərarını elan etdiyini bildirməsi də təsadüfi deyil. O, İranı, xüsusilə hərbi strategiyanı idarə etmək səlahiyyətində olmadığını da dolayısı ilə elan etdi.

Və nə qədər maraqlı da olsa, Pezeşkianın bu sözlərindən qısa müddət sonra Dubay aeroportuna hücum baş verdi. Bu fakt İranda idarəetmə probleminin olduğu üzə çıxarır.

Pezeşkian həm də buna görə Əliyevə zəng etməkdə tərəddüd edə bilər: hansısa vəd verərsə, SEPAH o vədi də 1 saat keçmədən alt-üst edə bilər.

Azər Məlikli,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Mart 2026 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri