Pezeşkian: İran mülki nüvə proqramından imtina etməyəcək
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
“Tehran mülki nüvə zənginləşdirmə proqramına malik olmaq hüququndan heç vaxt güzəştə getməyəcək”.
Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
“Biz baş əyməyəcəyik və təbii hüququmuz olan bu imkandan imtina etməyəcəyik. Nüvə silahı yox, yeni dinc nüvə texnologiyasına isə heç bir məhdudiyyət yoxdur”, – o bildirib.
Pezeşkian dinc nüvə texnologiyasını tərəqqi yollarının ayrılmaz hissəsi adlandırıb: “Biz enerjini cəmiyyətləri silahlarla təhdid etmək üçün deyil, tərəqqi naminə əldə etməyə çalışırıq”.
Onun sözlərinə görə, İran nüvə silahı əldə etmək istədiyini dəfələrlə təkzib edib.
Pezeşkian ABŞ-İsrail müharibəsinin hava zərbələrində öldürülən Ali Rəhbər Əli Xameneinin şəklini qaldıraraq deyib: “İran terrorizmin qurbanı olub”.
O vurğulayıb ki, İran heç bir ölkəyə hücum etməyib, özünü müdafiə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 23 Sentyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















