Pezeşkian iranlı alimlərin ölümündən danışdı
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Prezidenti Məsud Pezeşkian iranlı alimlərin və tanınmış şəxslərin öldürülməsinə görə ABŞ və İsraili ittiham edib. O bildirib ki, bu hücumların məqsədi İranı həmin mütəxəssislərin bilik və təcrübəsindən məhrum etmək olub.
Modern.az xəbər verir ki, IRNA-nın məlumatına görə, Pezeşkian bu barədə bazar günü Tehranın cənubunda yerli idarəetmə planının təqdimatında danışıb.
“Öldürülən alimlər və mütəxəssislər İran xalqı üçün çalışırdılar. Onları öldürənlər ölkəni bu insanların bilik və təcrübəsindən məhrum etmək istəyirdilər”, – Pezeşkian deyib.
İran Prezidenti qonşu müsəlman ölkələri ilə əməkdaşlığın vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, birgə quru nəqliyyat dəhlizlərinin inkişafı sanksiyalar və məhdudiyyətlər fonunda yaranan çətinlikləri yüngülləşdirə bilər.
Pezeşkian cəmiyyətdə fikir və həyat tərzi fərqlərinə hörmətlə yanaşmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 Noyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















