Pezeşkian İslam dövlətlərinə çağırış etdi
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian müsəlman ölkələri arasında iqtisadi əməkdaşlığın yoxluğuna toxunub.
"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, o, Tehranda keçirilən Beynəlxalq İslam Birliyi Konfransında çıxışı zamanı bildirib:
"Qrupdaxili ixracat cəmi 19%-dir, yəni müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdən ixracatın 80%-dən çoxu hələ də qrupumuzdan kənara çıxır". pizza hut
Pezeşkian İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv ölkəsini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb.
İran prezidenti vurğulayıb ki, bu ölkələr mühüm dəniz və quru yollarının mərkəzində yerləşir, enerji ehtiyatlarına, gənc əhaliyə və geniş bazara malikdir.
Pezeşkian İƏT üzvlərini fikir ayrılıqlarına baxmayaraq birlikdə işləməyə çağırış edib. O bildirib ki, heç bir müsəlman ölkəsi qonşularının hesabına öz təhlükəsizliyini gücləndirməməli və əraziləri digər müsəlman ölkələrinin ziyanına istifadə edilməməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Avqust 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















