Icma.az
close
up
RU
Pezeşkian istefa verməyə hazırlaşır?

Pezeşkian istefa verməyə hazırlaşır?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda hakimiyyətdaxili gərginlik güclənib. İran prezidenti Məsud Pezeşkianın strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərifin istefa verməsi bu ölkədə hakimiyyətdə olan islahatçılarla mühafizəkar arasında ixtilafın dərinləşməsindən xəbər verir.

Mətbuatda Pezeşkianın tezliklə istefa verəcəyi, yeni seçkilərin keçiriləcəyi, mühafizəkarların qalib gələcəyi ilə bağlı xəbərlər yayılıb. Onun ərizəsini Əli Xameneiyə təqdim etdiyi. ancaq Xamenei bu addımı qəti şəkildə rədd etditi iddia edilir. Ali lider deyib ki, prezidentin gedişi İranı həm beynəlxalq ictimaiyyətin, həm də öz xalqının gözündə “zəiflədəcək”.

 Modern.az-a danışan Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri Əhməd Obalı bildirib ki, əksəriyyət tərəfdən seçilən rəhbərin istefası üçün heç bir səbəb yoxdur:

"İlk növbədə açığı deyim, Pezeşkian bizim, yəni hərəkatımızın istədiyi prezident deyil. Çünki o özü də  hakimiyyətə Xamaneinin gətirdiyini deyib. Amma Pezeşkian türk düşməni də deyil. O, illərboyu İranda fərqli vəzifələr alıb. O cümlədən səhiyyə naziri, illərlə Təbrizin nümayəndəsi olub. 8-9 il əvvəl İranda türk bölgələrində seçilən nümayəndələrin fraksiyası yarandı. İranda da bütün nümayəndələrin sayı 297 idi. Həmin 297 nümayəndədən 110-a qədəri türkdilli bölgələrdən idi. Bu isə ümumi göstəricinin üçdə birindən çoxdur. Həmin fraksiyanın rəisi, yenə də, Pezeşkiandır. Bəzi dostlarımız deyir ki, Pezeşkianı oynadırlar, o öz məramı ilə yox, ona verilən tapşırıqlara uyğun davranırlar. Pezeşkian türk olduğunu sevən adamdır. Buna görə Pezeşkianı İranın daxilindəki türk düşmənləri ilə eyni səviyyəyə qoymuruq. Pezeşkianın birinci müavini Cavad Zərifdir. O, İranda tanınmış türk düşmənlərindən biridir. Çox maraqlıdır ki, etnik dillərin məsələsi dövlət tərəfindən Milli Məclisə girdiyi halda dövlətin nümayəndəsi Cavad Zərif buna müxalif çıxdı. Yəni burada oyun zad getmir. Ciddi fikir toqquşması var. Məsud Pezeşkianın istefa verməsi məsələsi ciddi hadisədir. İstefanın qəbul edilib-edilməyəcəyi önəmli deyil. Önəmli olan odur ki, bu, istefa verir. Niyə əksəriyyətin seçdiyi rəhbər istefa versin? Bu onu göstərir ki, Xameneyinin seçdiyi adam da olsa, bəzən istefaya məcbur edilir.

Ə.Obalı azərbaycanlıların istefanı qəbul etməyəcəklərini və bu baş tutarsa, müstəqilliklə bağlı tələblərin sürətlənəcəyini deyib:

"Çünki Pezeşkian ancaq Azərbaycanlıların olduğu yerdə böyük əksəriyyəti səs vermişdi. Azərbyacanlıların 70 faizi Məsud Pezeşkian səs veridlər.

Əlbəttə ki. Güney Azərbaycanda milli azadlıq hərəkatı Pezeşkianın istefasına aid olmayan hadisədir. Əlbəttə, azərbaycanlılar onun istefasını istəmir. Bizim hərəkatımız  müstəqillik hərəkatıdır. Biz Güney Azərbaycanda müstəqil dövlət qurmağın tərəfdarıyıq.Təbii ki, bu prosesi Pezeşkianın istefası sürətləndirə bilər.Bu prosesə kömək edər".

Güney Azərbaycan İcmasının rəhbəri Sayman Aruz vurğulayıb ki, İranda yaşayan 60 faiz türk əhali birmənalı olaraq Pezeşkianın arxasındadır

"Fars tərəfi, molla rejimi özü də etiraf edir ki, Pezeşkianı azərbaycanlılar seçiblər:Son zamanlar Pezeşkianın iqtisadiyyat naziri Himmətini istehza etməyə çalışır. Yəni Milli Məclisdə ev məsələsini qaldırıb işindən kənarlaşdırmağa çalışan Cəlili tərəfdarı deputatlarından biri özü də etiraf etdi ki, hətta fars ostanlarında olan türk soydaşların belə hamısı Pezeşkiana səs veriblər. Güneydəki azərbaycanlılar Pezeşkiana müəyyən tələblərinin həyata keçməsi üçün səs veriblər. Və tələbərinin yerinə yetməsini istəyirlər. 100 ilə yaxındır ki, Cənubi Azərbaycan assimilyasiyaya qarşı mübarizə aparır. Orada milli fəaliyyət siyasi-ictimai termin var. Pezeşkianın hakimiyyətə gəlməsi onun məhsuludur. Unutmayın ki, İranın məclisində azərbaycanlılardan ibarət fraksiyanı yaradan və rəhbərlik edən adamdır. Demək ki, azərbaycanlı deputatların siyasi fəaliyyətinin qələbəsidir. Fraksiyaya rəhbəliik edən Təbrizin millət vəkili Münadi çıxışı zamanı əhalinin 60 faizinin türk olduğunu dedi. İranda yaşayan 60 faiz türk əhali birmənalı olaraq Pezeşkianın arxasındadır və öz haqlarını tələb edirlər".

S.Aruz söyləyib ki, Pezeşkianın istefa verməsi haqda yayılan məlumatların hamısı şaiyədir:

"Pezeşkian qətiyyən istefa verməyib, verməz də. Onun istefasını arzulayan düşmənləri var. Gecə-gündüz Pezeşkiana hücumlar edilər. Burada məqsəd Pezeşkianı bezdirib, onu istefaya meyilləndirməkdir. Pezeşkianın məndə olan məlumata görə istefası ilə bağlı yayılan məlumatlar şaiyədir. O sona qədər də haqları uğrunda mübarizə aparacaq. Azərbaycan, türk dilində həm məktəblərdə istifadə olunacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see485

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see283

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see273

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see269

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see262

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see256

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see253

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see245

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see241

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see220

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see217

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see212

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see206

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see205

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see203

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see198

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see197

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see183

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see182

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri