Icma.az
close
up
RU
Pezeşkian o taydan bu taya gələcək RƏY

Pezeşkian o taydan bu taya gələcək RƏY

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran bizdən uzaqlaşdıqca, yanlış addımlar atır


Milli Məclisin sədr müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin İran-Azərbaycan dostluq qrupunun rəhbəri Sodeyf  Bədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ziyafət Əsgərov Azərbaycanla İran arasında iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb. 

O, ticari və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin də dövlətlərimizin maraqlarına uyğun olduğunu qeyd edib. Bədri qarşılıqlı səfərlərin yalnız diplomatik deyil, həm də parlamentlərarası əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Eyni zamanda İran-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında gələcəkdə daha da inkişaf edəcəyinə inandığını vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana aprel ayı ərzində səfəri planlaşdırılır. İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib ki, Azərbaycan tərəfi ilə birgə görüşdə nəqliyyat, sərhəd, gömrük və tranzit məsələləri üzrə Anlaşma Memorandumunun hazırlanması qərara alınıb və sənəd İran prezidentinin səfəri zamanı imzalanacaq. Britaniyalı politoloq-jurnalist Neil Vatsondan "globalinfo.az"a müsahibəsində deyib ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri onun zamanı baxımdan yüksək qiymətləndirilməlidir. Onun sözlərinə görə, İran sanksiyaların ləğvinə nail ola bilər və Azərbaycanın boru kəmərlərindən, xüsusən də Cənub Qaz Dəhlizindən istifadə etmək istəyə bilər. 


Politoloq Elxan Şahinoğlu deyib ki, Prezident İlham Əliyev ADA-da keçirilən Forumda çıxışı zamanı iranlı həmkarı Məsud Pezeşkianın Azərbaycana reallaşacaq səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğuladı. Ekspert qeyd edib ki, dövlət başçısı həmçinin, qonşu ölkə ilə geniş nəqliyyat və iqtisadi gündəliyin olduğunu bəyan etdi: 

"Lakin dövlət başçısı Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını unutmadığını da sözlərinə əlavə etdi. Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən faciədən iki il keçməsinə baxmayaraq terroru törədənin hələ də cəzalandırılmadığını bildirən ölkə rəhbəri İlham Əliyev ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün bu məsələnin həllinin tapılması vacibliyini xatırlatdı. Bu məsələnin həlli Azərbaycana səfər edən Məsud Pezeşkianın diqqətinə çatdırılacaq. Məsələ burasındadır ki, səfirliyimizə terror hücumu zamanı təxminən 40 dəqiqə ərzində terrorçuya müdaxilə edilməməsi cinayətin arxasındakı qüvvələrin gücündən xəbər verir. Dövlət başçısı İlham Əliyev bu mövzuda danışarkən, terroru törədən cinayətkarın hadisədən dəqiqələr sonra rahat şəkildə İran dövlət televiziyasına müsahibə verdiyinə də diqqəti çəkib. Bu faktın özü bizdə terrorun yüksək dairələrdə planlaşdırıldığı və bu səbəbdən cinayətkarın hələ də cəzalandırılmadığı şübhələri yaradıb. İki ölkə arasında münasibətlərin inkişafını istəyən Məsud Pezeşkianın bu məsələni həll etməyə gücü çatacaqmı?". 


Siyasi şərhçi Mütəllim Rəhimli də bildirib ki, İran hər zaman Azərbaycanın İsraillə yaxın münasibətlərindən narahatlığını, bu əlaqələrin ona qarşı yönələ biləcəyini gündəmə gətirir: 

"İran İsrailin "casus şəbəkələri"nin guya ölkəmizdə yerləşdirilməsi ilə bağlı əsassız informasiyalar yayır. Azərbaycan dəfələrlə rəsmi mövqeyini ifadə edib. Ölkəmiz heç bir munaqişədə tərəf olmaq niyyətində deyil. İranda milyonlarla soydaşlarımız yaşayır. Onlarla mədəni əlaqələrimizin inkişafına ehtiyac var. İnsanlar cənubda yaşayan qohumları ilə heç bir maneə olmadan əlaqə saxlamaq, sərbəst gediş-gəliş etmək istəyirlər. Lakin İran üçüncü tərəfin yalanları ilə Azərbaycanla münasibətlərini tənzimləyə bilmir. Pezeşkian prezident seçiləndən sonra ilk səfərini Azərbaycana etməli, ən yaxın qonşusu ilə ciddi təmaslara üstünlük verməliydi. İran bizdən uzaqlaşdıqca, yanlış addımlar atır". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri